Icma.az
close
up
RU
Mircəlal həkim dedi ki, onlar bizi biabır ediblər Xəstələrin pulunun mənimsənilməsi işi

Mircəlal həkim dedi ki, onlar bizi biabır ediblər Xəstələrin pulunun mənimsənilməsi işi

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə tərkibdə dəyişikllik olduğu üçün məhkəmə istintaqı növbəti dəfə yenilənib.

Prosesdə zərərçəkənlərin dindirilməsi davam edib.

Zərərçəkən Şövkət İsayeva bildirib ki, övladı talassemiyadan əziyyət çəkir və onun müalicəsinə görə 2022-ci ildə təqsirləndirilən şəxslərlə görüşüb: "Biz onlara 30 min dollar verdik. Pulu verəndə onlar bizi arxayın etdilər. Bildirdilər ki, pulu qısa zamanda Türkiyəyə göndərəcəklər. Türkiyədən həkim gəldi, mənə dedi ki, onlara belə bir müraciət daxil olmayıb. Nuridə ilə danışdım, dedi ki, məni həbsdən qurtar, pulunuzu qaytarım".

Şahid Şahsuvar Paşayev isə ifadəsində övladının xəstə olduğunu deyib: “Aynur xanımla Talassemiya Mərkəzində Xuraman xanımın vasitəsi ilə tanış olmuşuq. Nuridə Seyidovaya 30 min dollar vermişəm, lakin uşağı əməliyyat etmədilər. Pulum da batdı”.

Buna münasibət bildirən Nuridə Seyidova deyib ki, pulu götürüb, Aynur Bayramovaya verib: "Aynurun uşağı xəstə olduğu üçün pulu o götürdü".

Şahid Ş.Paşayevin həyat yoldaşı, Gürcüstan vətəndaşı Laura Paşayeva övladlarının ağır xəstəlikdən əziyyət çəkdiyini, təcili əməliyyata ehtiyacı olduğunu deyib: “Hissə-hissə də olsa, pulumu qaytarsınlar, o pulla övladımızı əməliyyat etdirək".

Şahid Cahangir Xanmirzəyev deyib ki, anası Elnarə Xanmirzəyeva cinayət işində zərərçəkən kimi tanınıb: "Atam qaraciyər sirrozudur. Bizi təqsirləndirilən şəxslərə Gömrük Hospitalının həkimi Mircəlal Kazımi yönəltdi. Onlara ofislərində 25 min manat verdik. Amma atamı əməliyyat etmədilər, sonra eşitdim ki, bunlar həbs olunublar. Mircəlal doktora bu barədə dedim. Bildirdi ki, onlar bizi pis vəziyyətdə qoyub, biabır ediblər".

Proses martın 19-da davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə, digər ağır xəstələrə, onların yaxınlarına qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Mart 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri