Icma.az
close
up
RU
Mirzəyev 6 milyon manatı mənimsəməkdə ittiham olunur

Mirzəyev 6 milyon manatı mənimsəməkdə ittiham olunur

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq maliyyə xidmət rəisi Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, Namiq Mirzəyev Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən hərbi hissələrdə maliyyə xidmət rəisi və digər vəzifələrdə çalışarkən hərbi qulluqçulara, eləcə də hərbi hissədə müxtəlif təyinatlarla ayrılmış pulları mənimsəyib.

O, hərbi hissənin maliyyə sənədlərinə yalan məlumatlar daxil edərək, Goranboy və Kəlbəcərdə işlədiyi hərbi hissələrdə xüsusilə külli miqdarda pul vəsaitini mənimsəməkdə təqsirləndirilib.

Namiq Mirzəyev sözügedən ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki:

"İstintaq materiallarında qeyd edilən məbləğlər yoxlama aparan şəxslərin müəyyən etdiyi məbləğlərlə hesablanıb. Birinci hərbi hissədə göstərilən məbləğlə razıyam, lakin ikinci hərbi hissədə mənimsənildiyi iddia edilən məbləğlə qismən razıyam".

Dövlət ittihamçısı təqsirləndirilən şəxsdən bu qədər məbləği hara xərclədiyini soruşub, eləcə də o bildirib ki, dövlətə dəymiş ziyanın ödənilməsinə yönəltmək üçün təqsirləndirilən şəxsin hər hansı bir mülkü yoxdur.

Təqsirləndirilən Namiq Mirzəyev cavabında deyib ki, o, ittihamda göstərilən məbləğin razılaşdığı hissəsini şəxsi ehtiyacları üçün xərcləyib. Bu pula hər hansı bir mülk almayıb.

İttihamda qeyd edilən məbləğləri topladıqda Namiq Mirzəyevin mənimsəməkdə təqsirləndirildiyi məbləğ 6 milyon manatdan çox edir. O, prosesdə bildirib ki, bu məbləğin cəmi 43 min 800 manatını dövlət büdcəsinə qaytarıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, səhhətində problem olduğu üçün əməliyyat olunmalıdır. Müttəhim ödənilən məbləğin az olmasını həbsdə olmağı və səhhəti ilə əlaqəndirib. O deyib ki, qalan məbləği də dövlət büdcəsinə qaytarmağa çalışır. Proses şahidlərin ifadələri ilə yekunlaşıb. Bildirilib ki, növbəti iclasa daha 4 şahid də çağırılacaq. Məhkəmənin növbəti iclası avqustun 27-nə təyin edilib.

Qeyd edək ki, DTX-nin həyata keçirdiyi əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində 2023-2024-cü illərdə xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsədiyi məlum olub.

N.Mirzəyev Müdafiə Nazirliyindəki mənimsəməyə görə həbs edilmiş Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digərlərinin barəsində DTX-də başlanılmış cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.

O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 Avqust 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri