Icma.az
close
up
RU
Misir, Nigeriya, Əlcəzair və Kot d’İvuar da 1/4 finala vəsiqə qazandı

Misir, Nigeriya, Əlcəzair və Kot d’İvuar da 1/4 finala vəsiqə qazandı

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mərakeşdə təşkil edilən 35-ci Afrika Millətlər Kubokunun (AMK) ilk pley-off mərhələsinə yanvarın 6-da yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, 1/8 finalın bazar ertəsi və çərşənbə axşamı keçirilən son oyunlardan sonra Misir, Nigeriya, Əlcəzair və Kot d’İvuar yığmaları yanvarın 3-4-də baş tutan ilk dörd oyununun qalibləri kimi 1/4 finalda oynamaq hüququ qazanan Seneqal, Mali, Mərakeş və Kamerunun sırasına qoşuldular.
1/8 final
Misir - Benin 3:1, əlavə vaxtda

Attia, 69. İbrahim, 97. Salah, 120+4 – Dossu, 83.
Misir: Əl-Şenavi, Hani, İbrahim, Rabia, Hamdi (Fatuh, 45+1), Attia, H.Fəthi, Adel (Aşur, 59), Salah, Marmuş (Məhəmməd, 119), Trezeqe (Zizo, 59).
Benin: Dancinu, Ouru, Verdon, Tijani, Roş (Alinvi, 106), Dodo (Atticiku, 77), D’Almeyda (Tessilimi, 77), İmuran (Alinvi, 106), Aloko (Amussu, 90), Tosin (Dossu, 32), Olaytan.
Misir üçün Beninə qarşı matç heç də asan keçmədi. “Fironlar” 1/8 finalın 5-ci oyununun aşkar favoriti sayılsalar da, “hepardlar” qitənin 7 dəfə çempionu olan rekordçusuna qarşı əməlli-başlı müqavimət göstərdilər. Benin yığması ilk dəqiqələrdən təşkilatlanmış müdafiəsi ilə yadda qaldı. Doğrudu, Marmuş oyunun əvvəlində qapıçı Dancinu ilə təkbətək qaldığı epizodu boşa verdi. Bu da var ki, misirlilər fasiləyə qədər rəqib qapısı qarşısında praktiki olaraq real qol vəziyyəti yarada bilmədilər. Aqadir şəhərində keçirilən matçın ilk yarısı gərgin mübarizə ilə yadda qaldı. Komandaların zədə amilinə görə hərəyə bir məcburi əvəzləmə etdiklərini də vurğulayaq.
Fasilədən sonra fəallaşan misirlilər oyun planında üstünlüklərindən yararlana bilmədilər. Rabianın 4 metrdən qapını dəqiq nişan ala bilməməsi daha yaddaqalan oldu. Nəhayət, 69-cu dəqiqədə Attia effektli zərbə ilə topu qapının sol “doqquzluğ”una göndərməklə hesabı açdı. Ancaq rəqib hesabda geri düşən kimi hücuma meyl etməyə başladı. Hələ hesab açılmamış əla fürsəti boşa verən Dossu əsas vaxtın sonuna 7 dəqiqə qalarkən misirlilərin səhvindən yararlanaraq cavab qolunu vurdu.
30 dəqiqəlik əlavə vaxt Misir yığmasının aşkar üstünlüyü ilə keçdi. Hussam Hassanın çalışdırdığı komanda iki qol vurmaqla favorit statusunu doğrultdu. Əvvəlcə 97-ci dəqiqədə İbrahim Attianın ötürməsi ilə “fironlar”ı hesabda önə keçirdi. Bundan sonra Aşur növbəti qolu vura bilərdi. O, imkanı dəyərləndirə bilməsə də, Salah son saniyələrdə hesabı 3:1-ə çatdırdı. “Liverpul”un 33 yaşlı hücumçusu qitə çempionatında meydana çıxdığı 3-cü oyunda 3-cü qolunun sevincini yaşadı.
Nigeriya - Mozambik 4:0
Lukman, 20. Osimhen, 25; 47. Adams, 75.
Nigeriya: Nvabili, Onyemaeçi, Bassi, Acayi, Oseyi-Semuel, Ndidi (Dele Başiru, 83), Onyeka (Onyedika, 83), İvobi, Lukman (Çukvueze, 86), Adams (Onuaçu, 86), Osimhen (Simon, 68).
Mozambik: Ernan (Urrubal, 82), Kalila (Nanani, 46), Meşer, Mandava, Lanqa, Gimaraynş, Amade, Katamu, Dominqeş (Kambala, 46), Viti, Banqal (Ratifo, 67).
AMK-nın tarixində ilk dəfə pley-offa adlayan Mozambik yığmasının gücü daha bir qəhrəmanlığa çatmadı. Səbəb sadədi: Çikuinyo Kondenin komandasının rəqibi çox güclü olan Nigeriya idi. Artıq 2-ci dəqiqədə Osimhenin vurduğu qol ofsayda görə hesaba alınmayanda matçın aşkar favoritinin tezliklə istəyinə çatacağını gözəmək olardı. Lukman 20-ci dəqiqədə hesabı açdı, 5 dəqiqə sonra isə Osimhenə assitentlik etdi. Hissənin sonlarında fəallaşan mozambiklilər bundan istifadə edə bilmədilər.
Fasilə yenicə sona çatmışdı ki, Osimhen Lukmanın ötürməsi ilə autsayderin azacıq ümidini də puç etdi. Erik Şellin komandası 75-ci dəqiqədə Adams ilə 4:0 hesablı darmadağını rəsmiləşdirdi. Nigeriya turnirin pley-offunda böyükhesablı qələbə qazanan ilk komanda oldu.
Əlcəzair - Konqo DR 1:0, ə.v.
Bulbina, 119.
Əlcəzair: Zidan, Belqali, Mandi, Bensebayni, Ayt-Nuri (Belaid, 70), Amura, Maza (Buneca, 83), Budaui (Zerruki, 114), Mahrez (Hac Mussa, 70), Bennaser (Abdelli, 49), Şaibi (Bulbina, 113).
Konqo DR: Mpasi-Nzau, Van-Bissaka, Tuanzebe, Mutussami (Pikel, 110), Mbemba, Kayembe-Ditu, Bonqonda (Mayele, 87), Mukau (Kakuta, 70), Elia (Mbuku, 62), Sadiki (Kayembe, 70), Bakambyu (Balikvişa, 87).
Rabatda keçirilən oyun yetərincə gərgin alındı. Qrup mərhələsində 3 oyuna maksimum nəticə göstərən Əlcəzair yığması Konqo DR ilə mübarizədə favorit idi. Lakin konqoluları hesabdan silmək də doğru olmazdı. Hər halda Sebastyen Desabrın çalışdırdığı komanda ötən ilin noyabrında Nigeriyanın dünya çempionatına yolunu bağlamışdı! Bu səbəbdən əlcəzairlilərin işinin asan olmayacağı güman edilirdi. “Səhra tülküləri” konqoluların güclü müqaviməti ilə üzləşdilər. Amma oyunun darıxdırıcı keçdiyini də qeyd etməliyik. Əlcəzair yığması topa daha çox sahib olsa da, hücumlarının son mərhələsi effektli alınmırdı. Rəqib isə uğuru əks-hücumlarda axtarırdı. Lakin konqolular qapıçı Zidanı oyuna qoşulmağa vadar edə bilmirdilər. Bu səbəblərdən əsas vaxtın qolsuz sona çatması oyunun axarına görə oldu.
Əlavə vaxtda da qapı torlarının silkələnməyəcəyini, qalibin oyundan sonra zəriri olan penalti seriyası ilə müəyyənləşəcəyini ehtimal etmək olardı. Əslində bu ehtimalın doğru çıxmaq faizi yüksək idi. Lakin Əlcəzair son dəqiqələrdə rəqibin qapısına yol tapmağı bacardı: meydana 113-cü dəqiqədə çıxan Bulbina effektli zərbə ilə matçın qəhrəmanı oldu.
Kot d’İvuar - Burkina Faso 3:0
Diallo, 20. Y.Diomande, 32. B.Ture, 87.
Kot d’İvuar: Y.Fofana, Konan, Ndika, Kossunu (U.Diomande, 90+3), Due, Sanqare, Kessye, Ulai (Diakite, 81), Qessann (B.Ture, 75), Diallo (S.Fofana, 81), Y.Diomande (Krasso, 75).
Burkina Faso: Koffi, Yaqo (Kabore, 71), Dayo, E.Tapsoba, Kuassi, Simpore, Naqalo (İ.Ture, 42), Uedraoqo (Buda, 79), D.Uattara, İrye (Bertrand Traore, 71), L.Traore (Minunqu, 46).
Afrikanın son çempionu statusunu ilk pley-off oyununda doğrultdu. Burkina Faso ilə matç Kot d’İvuar yığması üçün ciddi sınaq olmadı. İlk hissədə Diallo iderlik funksiyasını üzərinə götürdü. O, əvvəlcə hesabı açdı, 12 dəqiqə sonra isə Yan Diomandeyə məhsuldar ötürmə verdi. Fasiləyə iki top fərqi ilə öndə yollanan “fillər” ikinci hissədə də oyuna nəzarət etdilər. Emers Faenin komandası böyük potensiala malik olduğunu hesabı darmadağın həddinə çatdırmaqla da sübut etdi.
Bu mərhələnin digər oyunlarının nəticələri: Seneqal – Sudan 3:1 (P.Qeye, 29; 45+3. Mbaye, 77 – Aamir Abdalla, 6), Mali – Tunis 1:1, p. - 3:2 (Sinayoko, 90+6-p. – Şauat, 88), Mərakeş – Tanzaniya 1:0 (Dias, 64), Cənubi Afrika – Kamerun 1:2 (Maqkopa, 88 – Tçamadyu, 34. Kofane, 47).
Bombardirlər: Dias (Mərakeş) - 4, Əl-Kaabi (Mərakeş), Diallo (Kot d’İvuar), Lukman, Osimhen (hər ikisi Nigeriya), Mahrez (Əlcəzair), Salah (Misir), Sinayoko (Mali) - 3.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri