Icma.az
close
up
RU
Misir nümayəndəsi: Sağlamlıq sistemlərinin yaxşılaşdırılması dövlətlərin gələcəyə birbaşa investisiyasıdır AZƏRTAC

Misir nümayəndəsi: Sağlamlıq sistemlərinin yaxşılaşdırılması dövlətlərin gələcəyə birbaşa investisiyasıdır AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Qahirə, 18 noyabr, AZƏRTAC

İnsan inkişafına yatırımlar iqlimə uyğunlaşma baxımından gələcək üçün vacibdir. Əhali sağlamlığı ilə inkişaf hədəfləri bir-birindən ayrı deyil, əksinə, insan inkişafının təməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Misirin səhiyyə və əhali nazirinin müavini xanım Abla əl-Əlfi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edilmiş insan inkişafına investisiya mövzusuna həsr olunmuş panel iclasında çıxışı zamanı söyləyib.

Nazir müavini bildirib ki, sağlam əhali davamlı inkişafın əsas dayağıdır və cəmiyyətin sağlamlıq sistemlərinin yaxşılaşdırılması dövlətlərin gələcəyinə birbaşa investisiyası hesab olunur. O, həmçinin Misir dövlətinin sağlamlıq sistemini inkişaf etdirmək istiqamətində daimi səylər göstərdiyini qeyd edib.

Abla əl-Əlfi Misirin “Uşaq həyatında qızıl 1000 gün” adlı prezident təşəbbüsünü təqdim edib. Bu təşəbbüs hamiləlik dövrünü və uşağın həyatının ilk iki ilini əhatə edir. Təşəbbüs çərçivəsində ailə planlama məsləhətçiləri ailələri mədəni və iqtisadi, eləcə də ekoloji cəhətdən səmərəli şəkildə səlahiyyətləndirir. Analar “yaşıl evlər” yaratmaq və ekoloji dost fəaliyyətlərə yönəlmək üzrə təlimlərə cəlb olunurlar. Bundan əlavə, uşaqlar ekoloji cəhətdən səmərəli davranışlara yiyələnirlər.

Misir nümayəndəsi əlavə edib ki, ölkəsi dəyişiklik üçün ən yaxşı yolu uşaqların ekoloji şüurlu şəkildə tərbiyəsində görür. Qeyd edib ki, uşaqların davranışlarının 85 faizi məhz bu dövrdə (1000 gündə) formalaşır və sonradan bunu dəyişdirmək çətin olur. Misirli qonaq ölkəsinin, həmçinin növbəti iqlim konfransının uşaqlara həsr edilməsini tam dəstəklədiyini bildirib.

Nazir müavini səhiyyə bərabərliyinin təmin olunmasında güclü səhiyyə sisteminin qurulmasının vacibliyinə toxunub. Əlavə edib ki, davamlı insan inkişafı cəmiyyətlərin hədəflərinə çatmasına imkan verir və bu, bütün sektorlar arasında qarşılıqlı əməkdaşlıq tələb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see181

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see179

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see132

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see132

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see130

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see127

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see126

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see125

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see125

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see124

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri