Icma.az
close
up
RU
Misir səhrasındakı yeni kəşflər Musanın Bibliya hekayəsi üçün dəlillər təqdim edir

Misir səhrasındakı yeni kəşflər Musanın Bibliya hekayəsi üçün dəlillər təqdim edir

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Misirdə arxeoloqlar qədim bir emalatxana aşkarlayıblar ki, bu tapıntı İsrailliləri 40 il səhrada dolaşdıran Musa haqqında Bibliyada qeyd olunan hekayəyə yeni işıq sala bilər. 

Qaynarinfo xəbər verir ki, "Daily Mail" nəşrinin yazdığına görə, tədqiqatçılar Sinay yarımadasının cənubundakı Vadi əl-Nasb bölgəsində misəritmə emalatxanası, bir neçə qədim tikili və müşahidə məntəqəsi aşkar ediblər.

Emalatxananın içərisində misin əridilməsi üçün soba, xammalın hazırlanmasına aid alətlər, gil qablarda əridilmə üçün istifadə edilən tigellər, saxsı məmulatlar və çoxlu miqdarda mis şlakı tapılıb. Bu emalatxana qədim "Serabit əl-Hadim" mədənçilik bölgəsinə yaxın yerləşir. Həmin ərazi tarixən firuzə və mis çıxarılması ilə tanınırdı.

Bu emalatxananın tarixi əhəmiyyəti ondadır ki, o, qədim misirlilərin mədənçilik və metallurgiya sahəsində yüksək biliklərə malik olduğunu göstərir. Onlar alətlər, silahlar və digər əşyaların hazırlanması üçün qabaqcıl texnologiyalardan istifadə ediblər.

Tədqiqatçılar iki qumdaşı binanı da aşkar ediblər. Onların fikrincə, bu binalar əvvəlcə mədən işçilərini və keşikçiləri qorumaq üçün nəzərdə tutulmuş müşahidə qüllələri olub. Daha sonra, Misirdə Yeni Krallıq dövründə (e.ə. 1550–1070-ci illər) həmin binalar mis istehsalı məqsədilə yenidən qurulub.

Vadi əl-Surun cənub kənarında yerləşən üçüncü bina isə mədən işlərinin idarəetmə mərkəzi kimi fəaliyyət göstərib. Burada yerli ağaclardan alınan kömür və misin əridilməsində istifadə olunan təmizlənmiş gil saxlanılırdı.

Bu ərazi İsraillilərin səhradakı səfəri ilə ənənəvi şəkildə əlaqələndirilən bölgələrə - o cümlədən Sina dağının ətrafına - yaxındır. Bibliyaya görə, Musa israilliləri Misir əsarətindən çıxarıb 40 il ərzində Sina səhrasında dolaşdırmış və Sina dağında On Əmri almışdı.

Arxeoloqlar tapıntıları birbaşa Musa və ya israillilərlə əlaqələndirməsələr də, Bibliya tədqiqatçıları bildirirlər ki, Serabit əl-Hadim ərazisində proto-İsrail yazıları tapılıb. Bu isə bəzi tədqiqatçılara görə, Bibliyada qeyd olunan hadisələrin müəyyən tarixi əsaslara malik ola biləcəyini göstərir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri