Icma.az
close
up
RU
Misirdə Azərbaycan dilini öyrənən tələbələrə diplomlar təqdim olundu FOTO

Misirdə Azərbaycan dilini öyrənən tələbələrə diplomlar təqdim olundu FOTO

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili kurslarında təhsil alan tələbələrə diplomların təqdim edilməsi mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən olan tələbələrə diplom və sertifikatlar təqdim olunub.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov "Azərtac"a müsahibəsində rəhbərlik etdiyi qurumun nəzdində Xalqlar Dostluğu Akademiyasının yaradıldığını bildirib. O qeyd edib ki, Akademiya təhsil, elm və incəsənət məsələləri ilə məşğul olur.

S.Nəsirov diqqətə çatdırıb ki, 2014-cü ildən fəaliyyət göstərən cəmiyyət Azərbaycan dilinin və ədəbiyyatının və mədəniyyətinin təbliği ilə məşğuldur. “Fəaliyyətimizin əsas istiqaməti ölkəmizi burada yüksək səviyyədə təbliğ etməkdir. Xalqımızın tarixi və mədəniyyəti ilə bağlı araşdırmalar aparmışıq. Bu sahədə iki kitabımızı nəşr etdirmişik. Hazırda tədqiqatlarımızı davam etdiririk. Azərbaycanla ərəb dünyası arasında əlaqələrin inkişafına töhfə verməyi qarşımıza məqsəd qoymuşuq”, - deyə Seymur Nəsirov bildirib.

İdarə heyətinin sədri əlavə edib ki, cəmiyyətdə təşkil edilən kurslarda indiyədək müxtəlif ölkələrdən 2700-ə yaxın tələbə təhsil alıb və hazırda 60 ölkədən olan 650-dən çox şəxs ödənişsiz əsasda təhsilini davam etdirir. Misirin müxtəlif yerlərindən gəlib Azərbaycan dilini öyrənənlər var. Burada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər tədris olunur.

S.Nəsirov qeyd edib ki, Azərbaycan dili Misirin bir neçə universitetində tədris olunur. O və diaspora fəalı İnarə Osmanova misirli tələbələrə dilimizi və ədəbiyyatımızı həvəslə öyrədirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyul 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri