Icma.az
close
up
RU
Misirdə fironun 3500 illik məzarı tapılıb

Misirdə fironun 3500 illik məzarı tapılıb

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Misir cənubundakı Luksor şəhərində 18-ci Firon sülaləsinin (e.ə. 1550/1549-1292) padşahlarına məxsus sonuncu fironun məzarının tapıldığını elan edib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Misir Turizm və Qədim Əsərlər Nazirliyindən verilən yazılı açıqlamada, Qədim Əsərlər Ali Şurası ilə Yeni Dövlət Araşdırma Təşkilatının Misir-İngiltərə müştərək arxeoloji missiyasının 3500 il əvvələ aid olan Kral II Tutmosun (e.ə. 1493-1481) məzarının üzə çıxarılmasına nail olduğu bildirilib.

Nazirliyin bəyanatında qeyd edilir ki, bu, “Misirdə on səkkizinci sülalə (e.ə. 1550/1549-1292) padşahlarının itirilmiş sonuncu məzarıdır”.

Açıqlamada, həmçinin məzarın 2022-ci ildə Luksor şəhərinin qərbində, Krallar Vadisinin təxminən 2,4 kilometr qərbində, Taybe dağında bir ərazidə girişi və əsas keçidi olan bir türbənin qazıntıları və arxeoloji tədqiqatları zamanı tapıldığı ifadə edildi.

Nazirliyin açıqlamasında ifadələri yer alan Turizm və Qədim Əsərlər naziri Şerif Fəthi, bunun "1922-ci ildə Kral Tutankhamonun məzarının tapılmasından sonra tapılan ilk kral məzarı" olduğunu bildirib.

Qədim Əsərlər üzrə Ali Şuranın baş katibi Məhəmməd Xalid də qeyd edib ki, məzardan tapılan qabların bəzi hissələrində məzarın sahibinin kimliyini təsdiqləyən kral II Tutmosun, eləcə də onun həyat yoldaşı Hatşepsutun adının yazıldığını qeyd edib.

Xalid bu kəşfi “son illərin ən mühüm arxeoloji kəşflərindən biri” adlandırıb.

Qədim Əsərlər Ali Şurasının Qədim Əsərlər Sektorunun rəhbəri və Misir missiyasının rəhbəri Məhəmməd Əbdülbədii “kralın ölümündən az sonra onu su basdığı ​​üçün” məzarın pis vəziyyətdə olduğunu bildirib.

Əbdülbədii, ilkin araşdırmaların, türbənin əsas məzmununun Qədim Misir dövründə daşqınlara məruz qaldıqdan sonra başqa yerə köçürüldüyünü göstərdiyini ifadə edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Fevral 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri