Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 6 avqust, AZƏRTAC
Misirdə ümumi illik inflyasiya iyun ayında qeydə alınan 14,3 faizdən yüksələrək iyulda 15,6 faizə çatıb. Buna ərzaq və qeyri-ərzaq məhsulları üzrə qiymət təzyiqlərinin artması səbəb olub.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, agentliyin iyulun 29-dan avqustun 6-dək sorğu keçirdiyi 13 analitikin orta proqnozuna əsasən, iyul ayında Misir şəhərlərində illik istehlak qiymətləri inflyasiyasının 15,6 faizə yüksələcəyi gözlənilir.
Misirdə Beynəlxalq Valyuta Fondu (BVF) ilə razılaşdırılmış 8 milyard dollarlıq dəstək paketi çərçivəsində götürülmüş öhdəliklərə uyğun olaraq, yanacaq və elektrik enerjisinə verilən subsidiyalar mərhələli şəkildə ləğv edilir. Ümumi inflyasiyanın yavaşlamasına baxmayaraq, bu proses istehlak qiymətlərinə dəfələrlə təsir göstərib.
BVF-nin dəstəyi ilə 2024-cü ilin mart ayında razılaşdırılmış islahat proqramı sayəsində illik inflyasiya 2023-cü ilin sentyabrında qeydə alınmış rekord 38 faiz səviyyəsindən kəskin şəkildə aşağı düşüb. Lakin son aylarda dövlət tərəfindən tənzimlənən qiymətlərin artırılması fonunda bu göstərici yenidən yüksəlməyə başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 06 Avqust 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















