Misirlə Yunanıstan arasında yaşıl enerji nəqli ilə bağlı müqavilə imzalanıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qahirə, 1 may, AZƏRTAC
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə “Misir-Yunanıstan elektrik enerjisi bağlantısı” (GREGY) layihəsi üzrə yaradılmış “Copelouzos Group” konsorsiumu arasında qrant müqaviləsi imzalanıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, AYİB layihənin texniki-iqtisadi əsaslandırılmasını maliyyələşdirəcək.
GREGY layihəsi cənubdan şimala doğru uzanan yaşıl enerji dəhlizinin yaradılmasını nəzərdə tutur. Bu dəhliz Misirin bərpa olunan mənbələrdən əldə edilən təmiz və rəqabətədavamlı enerjini fasiləsiz axınla Yunanıstana və oradan Avropaya ötürəcək. Dənizin dibi ilə çəkiləcək kabellə Misirdən Yunanıstana 3 min meqavat yaşıl enerji ötürüləcək.
GREGY layihəsi ilə ildə təxminən 4,5 milyard kubmetr təbii qaza qənaət ediləcək və karbon qazı emissiyalarını 9–10 milyon ton azaldacaq. Layihə çərçivəsində tədricən 6 giqavat gücündə külək enerjisi stansiyaları və 3,5 giqavat gücündə Günəş enerjisi stansiyalarının yaradılması planlaşdırılır.
Avropa Yenidənqurma və İnkişaf Bankının Avropa üzrə enerji şöbəsinin rəhbəri Jerzey Zelinski bu layihəni dəstəkləməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, layihə bankın bazar inteqrasiyası, yaşıl enerjiyə keçid və enerji təhlükəsizliyi kimi prioritetlərinə tam uyğun gəlir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 01 May 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















