Misli Premyer Liqası: XXIII tura iki görüşlə yekun vurulacaq
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Bu gün Misli Premyer Liqasında XXIII tura keçiriləcək iki görüşlə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə "Kəpəz" "Şamaxı"nı saat 16:00-da, "Səbail" isə "Sabah"ı saat 19:00-da qəbul edəcək.
Xatırladaq ki, turun digər oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı və "Qarabağ" "Neftçi"ni 1:0, "Zirə" "Sumqayıt"ı isə 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, aktivində 56 xalı olan "Qarabağ" turnir cədvəlinin vahid lideridir. "Araz-Naxçıvan" 44 xalla ikinci pillədə qərarlaşıb. "Zirə" 42 xalla ilk üçlüyü qapayır. 4-cü yerdəki "Turan Tovuz"un 39 xalı var. "Sabah" 31 xalla 5-ci, "Neftçi" 24 xalla 6-cıdır. 22 xalı olan "Sumqayıt" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Şamaxı" 20 xalla 8-ci, "Kəpəz" isə 18 xalla 9-cudur. 10-cu yerdəki "Səbail"in isə 16 xalı var.
17 fevral
Misli Premyer Liqası
XXIII tur
Saat 16:00, "Kəpəz" - "Şamaxı";
Saat 19:00, "Səbail" - "Sabah".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 17 Fevral 2025 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















