Icma.az
close
up
RU
“Missiya” Azərbaycana hücum mövqeləri seçməklə məşğuldur Komitə üzvü açıqladı

“Missiya” Azərbaycana hücum mövqeləri seçməklə məşğuldur Komitə üzvü açıqladı

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqının Ermənistan ərazisindəki monitorinq “missiyası” anti-sülh və casusluq “missiyası”dır. Bu mənada Aİ-nin Ermənistandakı “missiyası”nın mandatının daha iki il müddətinə uzadılması Azərbaycan üzərində təzyiq qurmağa hesablanıb. Həmin qərar islamafob mərkəzlər tərəfindən verilib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu deyib.

“Aİ özünü həmişə dövlətdən üstün qurum kimi aparmağa çalışır. Onun beynəlxalq təşkilat olmasına baxmayaraq milli iradə üzərində təzyiq formalaşdırmaq niyyətləri var. Fərqli ölkələrə münasibətdə bu mövqe dəyişir”, - deyə o qeyd edib.

Komitə üzvünə görə, Aİ-nın bu addımı Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmədiyinin göstəricisidir:

“Əslində bu, dünyada analoqu olmayan absurd hadisədir. İki dövlət arasına hansısa missiya yerləşirsə, bu, qarşılıqlı razılaşma ilə olur. Hər iki tərəf buna razılıq verməlidir. İlkin mərhələdə Avropa İttifaqı nizamnamə prinsiplərinə riayət etsə də, sonrakı dövrdə təşkilat beynəlxalq hüquqla yanaşı, öz qaydalarını belə pozdu. Azərbaycanla həmin “missiya”nın iki ay müddətində olması razılaşdırılmışdı. Daha sonra rəsmi Bakı ilə heç bir razılaşma olmadı. Bu yolverilməzdir”.

Hikmət Babaoğlu bildirib ki, Aİ-nin bəzi ölkələrində Fransanın rəhbərlik etdiyi radikal qruplar var:

“Onlar Ermənistanı revanşa, yeni müharibəyə hazırlayır. Nikol Paşinyan da güclü olub, iddialarını ortaya qoyacaqlarını deyib. Aİ-nin “missiyası” da Ermənistanı gücləndirmək üçün oradadır. Ekspertlər, strateqlər səviyyəsində Azərbaycanla şərti sərhədi müşahidə edərək, mümkün hücum mövqeləri seçməklə və ona uyğun silahlarla Ermənistanı təmin etmək məqsədləri var. Məsələnin mahiyyəti bundan ibarətdir”.

Qeyd edək ki, yanvarın 30-da Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin 2027-ci ilin fevralın 19-dək uzadılması barədə razılıq əldə edilib.

Xatırladaq ki, Aİ-nin Azərbaycan-Ermənistan sərhəd bölgəsinə ilk müşahidə missiyası Azərbaycanın da razılığı ilə 2022-ci ilin oktyabrında iki aylıq müddətə göndərilib. Brüssel müşahidə missiyasının sərhədin Azərbaycan hissəsinə yerləşdirilməsini təklif etsə də, Bakı bunu rədd edib. Bakı həmçinin missiyanın mandatın uzadılması ilə bağlı təkliflərə də yox deyib. Daha sonra isə 2023-cü il fevralın 20-dən hazırkı dövrə qədər “missiyanın” bölgədə qalması ilə bağlı qərar verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 05 Fevral 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri