Icma.az
close
up
RU
Rusiyanın aparıcı taxıl ixracatçılarından ibarət missiya Azərbaycana gələcək

Rusiyanın aparıcı taxıl ixracatçılarından ibarət missiya Azərbaycana gələcək

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Bu ilin may ayında Rusiyanın aparıcı taxıl ixracatçılarından ibarət bir biznes missiyasının Azərbaycana səfər edəcəyi gözlənilir.

525.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Məcnun Məmmədov qonşu ölkədən olan həmkarı Oksana Lutla onlayn görüş keçirib. Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud vəziyyət müzakirə olunub, tərəflər iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıblar.

O.Lut deyib ki, kənd təsərrüfatı iki ölkənin əsas əməkdaşlıq istiqamətlərindən biridir. O, Rusiyanın Azərbaycanla aqrar sahədə əməkdaşlığın genişləndirilməsində, biznes subyektləri və iş adamları arasında işgüzar əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, eyni zamanda, Rusiyanın Azərbaycanın taxıl məhsullarına olan tələbatını tam qarşılamağa hazır olduğunu qeyd edib, balıqçılıq da daxil olmaqla, aqrar sektorun digər sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.

M.Məmmədov isə iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılmasının əsas hədəflərdən biri olduğunu qeyd edib. Nazir vurğulayıb ki, bu istiqamətdə böyük potensial mövcuddur. O, ötən ilin noyabr ayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasında aktiv iştirakına görə xanım O.Luta təşəkkür edib, Rusiya şirkətlərini gələn ay Bakıda keçiriləcək və Qafqazın ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” sərgisində fəal iştiraka çağırıb.

Görüş zamanı kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, Rusiyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış nüfuzlu ali təhsil müəssisəsələrindən biri ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında ikili diplom proqramlarının həyata keçirilməsi, bitki seleksiyası və toxumçuluqda yeni texnologiya və metodların tətbiqi, heyvan xəstəliklərinə qarşı mübarizə sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər, həmçinin kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirib, bu istiqamətdə əlaqələrin genişləndirilməsi məqsədilə mütəmadi dialoqun əhəmiyyətini vurğulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Aprel 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see473

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see213

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see198

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see183

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see181

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see178

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see176

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see165

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see143

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see143

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri