Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Mixail Belyayev: Sülhün əldə olunmasında ən böyük pay İlham Əliyevə məxsusdur ŞƏRH

Mixail Belyayev: Sülhün əldə olunmasında ən böyük pay İlham Əliyevə məxsusdur ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Tanınmış rusiyalı politoloq Mixail Belyayev Ermənistan-Azərbaycan sülh nizamlanmasının münaqişələrin həlli və digər ölkələr üçün yaxınlaşmada yol xəritəsi kimi qlobal səviyyədə tanınmasını, Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinə Sülh Mükafatının verilməsini "Moskva-Baku" portalına şərh edib. Ekspertin fikirlərini oxucularımıza təqdim edirik.

- Əbu-Dabidə Bakı ilə Yerevan arasında sülh müqaviləsinin paraflanması ilə əlaqədar olaraq BƏƏ-nin qurucusunun adını daşıyan Şeyx Zayed İnsan Qardaşlığı Mükafatının Azərbaycan Prezidentinə və Ermənistan Baş nazirinə təqdim edilməsini tamamilə müsbət qiymətləndirirəm. Bu, qlobal ictimaiyyətin müəyyən bir hissəsi tərəfindən Azərbaycan və Ermənistanın təkcə regional deyil, həm də daha geniş sivilizasiya baxımından əldə etdiyi əhəmiyyətli nailiyyətin qiymətləndirilməsidir. Bu, iki ölkənin dünyanın rifahına, xüsusən də dünyada bitməyən münaqişələr fonunda verdiyi töhfənin qiymətləndirilməsidir. Bu, qlobal oyunçuların sülhün əhəmiyyətinə və dəyərinə diqqət yetirməli olduqlarına və əks qütblər arasındakı geosiyasi qarşıdurmada Azərbaycan və Ermənistan kimi unikal və dəyərli nümunələrin olduğuna dair bir siqnaldır. Başqaları da bundan dərs çıxarmalıdırlar.

Vurğulamaq vacibdir ki, bu nizamlama Rusiya üçün də son dərəcə vacibdir. Bu, bizim üçün həmişə böyük narahatlıq doğuran, həmişə həll strategiyamızda olan bir münaqişədir. Rusiya münaqişənin həllinə əhəmiyyətli töhfə verib. Moskva həmişə bu qarşıdurmaya son qoymaq üçün çalışıb.

Bu, diqqətəlayiq və gözəldir: mükafat birlikdə Əliyev və Paşinyana verildi və bu, hər iki tərəfin bir-birinə əl uzatdığını, əldə olunan sülhün ikitərəfli səy olduğunu nümayiş etdirdi. İki ölkənin liderləri birlikdə səhnəyə çıxaraq çox müsbət, sülhə yönəlmiş fikirlər söylədilər. İlham Əliyev qeyd etdi ki, hər iki ölkənin cəmiyyətləri artıq Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın faydalarını hiss edir və iki ölkə tədricən sülh içində yaşamağa öyrəşir. Ermənistanın baş naziri hər iki ölkənin xalqlarına təşəkkür edərək bildirib ki, sülhün dönməzdir və biz irəliləməliyik.

Azərbaycan və Ermənistan liderləri siyasi iradə tapıb sülh yoluna qədəm qoyublar. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti obyektiv olaraq bu prosesdə mübahisəsiz hərəkətverici qüvvə olub. Biz yaxşı bilirik ki, Ermənistanın Azərbaycan ərazilərinin qaytarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etməsini gözləmədən Azərbaycan Respublikası öz ərazilərini geri qaytarıb. Və sonra sülh müqaviləsinin imzalanması təşəbbüsünü irəli sürüb. Nəticədə, ölkələr artıq sülh müqaviləsinin mətnini paraflayıblar və dövlətlərarası münasibətlərin qurulmasına dair müqavilənin yekun imzalanmasına doğru irəliləyirlər.

Eyni zamanda, vurğulamaq lazımdır ki, müxtəlif siyasi hadisələr nəticəsində Ermənistanın Baş naziri də başa düşdü ki, onun üçün və hakimiyyətini möhkəmləndirmək üçün yeganə düzgün yol Azərbaycanın ərazi bütövlüyünü tanımaq və sülhü siyasi kurs kimi seçməkdir. O, ölkəsinin tarixində yeni bir fəsil açmağı seçdi- özünüinkişaf və çiçəklənməyə, eləcə də qonşuları ilə yaxşı münasibətlərə yönəlmiş bir fəsil. Çünki Ermənistan hakimiyyətinin 1980-ci illərin sonlarından 1990-cı illərin əvvəllərinə qədər Qarabağ münaqişəsinə gətirib çıxaran əvvəlki siyasəti göstərdi ki, onlar heç də erməni xalqının rifahı naminə həyata keçirilməyib. Bu, regionda səhv, dağıdıcı və münaqişəli bir siyasət idi.

Paşinyan onilliklərdir Ermənistanda təşviq edilən müxalifət gündəliyinə- qonşulara qarşı iddialara- qarşı çıxmaq və respublika üçün yeni bir səhifə açmaq üçün özündə siyasi iradə tapdı. Əslində, bu, ciddi, riskli, lakin vacib bir addımdır. Və bu, beynəlxalq səviyyədə də təqdir edildi.

Şeyx Zayed Sülh Mükafatı mərasimində dünya liderləri, ilk növbədə, Azərbaycan liderinin sülhə nail olmaqdakı səylərini və aparıcı rolunu qeyd etdilər. Lakin onlar həmçinin Nikol Paşinyanın iradəsini xüsusi olaraq vurğuladılar ki, bu da onun Ermənistan daxilindəki mövqeyini daha da artırmalı və sülhə doğru daha da irəliləməyə ilham verməlidir. Buna görə də, şəxsiyyətin tarixdəki rolundan açıq şəkildə danışmaq olar. Hər iki lider artıq tarix yaradıb. Ermənistan-Azərbaycan sülh prosesinin nümunəsi həqiqətən də digər münaqişələr üçün yol xəritəsinə çevrilə bilər. Davam edən qlobal qarşıdurma fonunda 30 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həlli dünyada daha böyük harmoniyaya və təhlükəsizliyə, qarşıdurma əvəzinə qarşılıqlı faydalı əməkdaşlığın seçilməsinə töhfədir. Azərbaycan və Ermənistan liderlərinin mükafatlandırma mərasiminə gəldikdə isə, düşünürəm ki, BƏƏ-nin burada xüsusi marağı var. İlham Əliyevin Əmirliklərdə 4 gün işgüzar səfərdə olduğunu gördük. Bu, kifayət qədər uzun müddətdir. Siyasətdə və diplomatiyada isə heç bir səbəb olmadan baş vermir. Azərbaycan və BƏƏ liderləri danışıqlar apardılar, Əmirliklərə Cənub Qaz Dəhlizində pay satıldı və iki ölkə prezidentlərinin müşahidə etdiyi birgə hərbi təlimlər də diqqətəlayiqdir.

Xatırlayırıq ki, bu gün Azərbaycan və Əmirliklər yaşıl enerji sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər. BƏƏ Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi ilə məşğuldur. Bu, açıq-aydın qarşılıqlı faydalı maraqdır. Hazırda Azərbaycanla Əmirliklər arasında münasibətlər çox gərgindir və bu, iki lider arasındakı təmaslarda özünü göstərir. Bundan əlavə, Şeyx Zayed mükafatlandırma mərasimində videoda çıxış edən dövlətlərin liderləri əsasən İslam dövlətlərinin liderləridir, lakin bunlara türk və ərəb ölkələri də daxildir. Bunlar Azərbaycana dost ölkələr, Azərbaycanla çoxsaylı layihələri olan və Şərqdə deyildiyi kimi, qardaşlıq əlaqələri olan ölkələrdir. Əslində, bütün bunlar Ermənistana da fayda verir. Azərbaycan vasitəsilə bu ölkələrlə əlaqələrini tədricən genişləndirə biləcək. Hər kəs üçün böyük iqtisadi perspektivlər açılacaq.

Tərcümə - Elçin Bayramlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Fevral 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see439

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see332

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see331

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see310

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see288

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see287

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see277

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see258

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see242

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see235

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see219

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see218

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see209

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see203

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see202

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see194

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see190

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri