Icma.az
close
up
RU
Mixail Qusman: Bakılı bəstəkarın yaratdığı əsərin yenidən Bakı tamaşaçısına qovuşmasına yalnız sevinə bilərəm

Mixail Qusman: Bakılı bəstəkarın yaratdığı əsərin yenidən Bakı tamaşaçısına qovuşmasına yalnız sevinə bilərəm

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 20 aprel, Pərvanə Qafarova, AZƏRTAC

Mən “Zoluşka” operasının bakılı, gözəl bəstəkar Leonid Vaynşteyn tərəfindən necə yaradıldığının şahidi olmuşam. O, uzaq 1970-ci illərdə Bakının KVN komandasının musiqi rəhbəri idi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Heydər Əliyev Sarayında Moskvanın “Helikon-Opera” teatrının aktyorlarının ifasında nümayiş olunan “Zoluşka” operasının təqdimatı zamanı deyib.

“Mən və böyük qardaşım Yuli Qusman Leonid Vaynşteyni çox sevirdik, onun bəstəkar kimi istedadını həmişə yüksək qiymətləndirirdik. O, Bakı şəhərinin böyük vətənpərvəri idi, bu şəhərə ürəkdən bağlı idi. Təəssüf ki, çox erkən dünyasını dəyişdi, lakin onun musiqi irsi bu gün də Azərbaycana xidmət edir”, – deyə o bildirib.

“Zoluşka” operasının bəstəkarın oğlu, NTV teleşirkətinin baş prodüseri Timur Vaynşteynin təşəbbüsü ilə Moskvada “Helikon-Opera” teatrında səhnələşdirildiyini xatırladan Mixail Qusman qeyd edib: “Mən həmin premyerada olmuşam. Təəssüf ki, Leonid Vaynşteyn özü o günü görə bilmədi. Bu opera Moskvada böyük uğur qazandı. İndi isə bir çox bakılı gündüz və axşam seanslarında bu tamaşanı izləmək imkanı əldə edib. Burada zal gündüz dolu idi, axşam da tam doludur. Tamaşanın səhnələşdirilməsi isə möhtəşəmdir. Görkəmli azərbaycanlı dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə orkestr yüksək səviyyədə çıxış edir. Ona görə də mən yalnız sevinə bilərəm ki, bakılı bəstəkarın yaratdığı bu gözəl musiqi əsəri yenidən Bakı tamaşaçısına qovuşub”, – deyə Mixail Qusman vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Aprel 2025 01:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri