MKİ Stiv Cobsun yüksəlməsinə necə dəstək olub?
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Apple” şirkətinin həmtəsisçisi və rəhbəri Stiv Cobs uğurunun bir hissəsini 1980-ci illərdə ondan minlərlə kompüter alan Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) borclu olub.
Qaynarifno xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) qəzetinin keçmiş əməkdaşı Şeron Vaynberqin kitabından dərc etdiyi hissələrə istinadən yazır.
Cobs 1985-ci ildə şirkət rəhbərliyi ilə fikir ayrılıqları səbəbindən “Apple”dan ayrıldıqdan sonra elektronika istehsalı ilə məşğul olan yeni “NeXT” şirkətini təsis edib. Lakin şirkətin kompüterləri baha olduğundan bir çox insan onları almaq imkanında deyildi. Cobsun əsas alıcı kimi universitetlərə bəslədiyi ümidlər də özünü doğrultmadı.
Vaynberqin yazdığına görə, həmin il MKİ nümayəndələri “NeXT”dən 20 min kompüter alıb. Qurum bütün partiyanı cəmi bir il ərzində əldə etmək istəyib. İstehsalın artırılması üçün MKİ artıq ABŞ hakimiyyət orqanları ilə əməkdaşlıq edən “Sun Microsystems” şirkətinin mütəxəssislərini cəlb edib. Bu, “NeXT” işçi stansiyalarının istehsalını qısa müddətdə ayda bir neçə min ədədə çatdırmağa imkan verib.
Nəşr qeyd edir ki, yüksək təsvir ölçülü ekranlara malik “NeXT” kompüterləri ABŞ-ın Milli Kosmik Kəşfiyyat İdarəsinə (NRO) lazım olub. Satınalmadan sonra MKİ Cobsun işçi stansiyalarını daha məhsuldar etmək üçün onları əlavə olaraq modernləşdirib. Kompüterlərə “Motorola”nın güclü mikrosxemi və “Intel”in xüsusi videokartı quraşdırılıb.
MKİ ilə sövdələşmə “NeXT” şirkətinin inkişaf etməsinə və sonradan “Apple”ın tərkibinə daxil olmasına imkan verib. Bir müddət sonra isə Cobs Kupertinoda yerləşən texnologiya nəhənginin rəhbəri olub.
Məqalədə bildirilir ki, “NeXT” kompüterlərinin əməliyyat sistemi sonradan “Apple” kompüterləri üçün hazırlanmış əməliyyat sisteminin əsasını təşkil edib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 21 Avqust 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















