Icma.az
close
up
RU
MKİ və “Mossad” Xameneini axtarır “The Times”

MKİ və “Mossad” Xameneini axtarır “The Times”

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


ABŞ və İsrail kəşfiyyat orqanları Ayətullah Müctəba Xameneini tapmaq üçün çox məxfi əməliyyat keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, əməliyyat bir müddətdir davam edir.
“The Times” qəzeti yazır ki, əməliyyatın məqsədi İranın yeni ali liderinə sui-qəsd etmək deyil.
Qəzet ifadə edir ki, hazırda ölkədə əsas rolu hərbçilər oynayır. Buna baxmayaraq, ayətullah rejimdə əsas fiqurdur və iki kəşfiyyat orqanı ən azı onun sağ olub-olmadığını, əgər sağdırsa, vəziyyətini, həmçinin, harada olduğunu müəyyən etmək istəyir.
Nəşrin məlumatına görə, kəşfiyyat xidmətləri yalnız öz agentlərinə etibar edir.
Fevralın 28-də atasının öldürülməsindən və özünün ağır yaralanmasından bəri Müctəba Xamenei bir dəfə də olsun telefondan zəng etməyib və ya kompüterdən istifadə etməyib. Bu isə əməliyyat zamanı istənilən elektron vasitəni “sıradan çıxarır”.
Qəzetə müsahibə verən ekspertlər isə bildirirlər ki, ayətullahın xarici dünyadan tamamilə təcrid olunması mümkün deyil. Hər iki kəşfiyyat agentliyinin agentləri Ali Rəhbərdən mesajlar çatdıran kuryerləri tapa biləcəklərinə ümid edirlər. Onlar Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Üsamə bin Ladeni belə təqib etdiyini və buna görə də, MKİ (həmçinin, “Mossad”) agentlərinin hazırda eyni şəkildə hərəkət etdiklərini qeyd edirlər.
“Müctəbanı tapmağın yeganə yolu onunla ünsiyyətdə olan birini əməkdaşlığa cəlb etməkdir. Amma bu, olduqca çətindir. Bəlkə də, İslam İnqilabı Keşikçiləri Korpusunun yalnız iki və ya üç üzvü onun harada olduğunu bilir”, - deyə “Mossad”ın keçmiş rəhbərlərindən biri Rami İqra nəşrə bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 İyul 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri