Icma.az
close
up
RU
MKT İstehsalat Kommersiya Azərbaycanın pambıq sənayesində Prime Cotton olaraq fəaliyyət göstərəcək

MKT İstehsalat Kommersiya Azərbaycanın pambıq sənayesində Prime Cotton olaraq fəaliyyət göstərəcək

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın pambıq sənayesində aparıcı şirkətlərdən biri olan GP Cotton Holdingsin şirkəti olan MKT İstehsalat Kommersiya MMC rebrendinq edərək fəaliyyətini Prime Cotton MMC adı ilə davam etdirəcək. Bu addım, şirkətin son illərdə keçirdiyi modernizasiya və təkmilləşdirmə layihələri nəticəsində güclü korporativ kimlik və yenilənmiş imic formalaşdırmaq məqsədilə atılıb.

Prime Cotton-un loqosu təbiilik, keyfiyyət və korporativ dəyərlərini ifadə edir. Göy pambıq çiçəyi məhsulun təmizliyini, yaşıl rəng isə ekologiyaya bağlılığı vurğulayır. Dairəvi elementlər əməkdaşlıq və dəqiqliyi əks etdirir. Raleway fontunun sadəliyi və müasirliyi brendin etibarlılığını göstərir. Simmetrik dizayn isə təbiətə və insana hörməti ifadə edir. Loqo, Prime Cotton-un keyfiyyət və davamlı inkişafa bağlılığını vizuallaşdırır.

Gələn il pambıq sənayesində 30 illik fəaliyyətini qeyd edəcək şirkət, uğurlu fəaliyyəti nəticəsində genişlənərək, ölkənin pambıqçılıqla məşğul olan 20 rayonundan 15-də fəaliyyət göstərir. Prime Cotton hazırda Azərbaycanda ən geniş əraziyə malik pambıq istehsalçısıdır. Uğurlu strategiyası sayəsində müəssisə son illərdə qeyri-neft sektorunda ən çox ixrac edən 10 şirkətdən biri olub və 2024-cü ilin ilk 9 ayında ixrac liderliyinin zirvəsində qərarlaşıb.

Prime Cotton MMC, pambıqçılıqda əvəzsiz təcrübəsi, eləcə də dayanıqlılıq səyləri nəticəsində COP29 Qlobal Konfransında iştirak edəcək. Ziyarətçiləri GP Cotton Holdingsinin stendinə yaxınlaşıb Prime Cotton şirkətinin pambıqçılıqda tətbiq etdiyi dayanıqlı həllər və innovativ yanaşmalar barədə məlumat əldə edə biləcəklər. Şirkətin İcraçı direktoru  Rövşən Mahmudov COP29 zamanı 14 noyabrda Yaşıl Zonada təşkil ediləcək “Daha Yaxşı Pambıq”, 21 noyabrda isə Göy Zonada baş tutacaq “Torpağın Sağlamlığı” tədbirlərində çıxış edəcək.

Şirkətin İcraçı direktoru, Rövşən Mahmudov bildirib: “Dayanıqlılıq Prime Cotton-da strateji məqsədlərimizdəndir və bu istiqamətdə innovativ yanaşmaları tətbiq etməyə davam edəcəyik. COP29, dayanıqlılıqla bağlı təcrübələrimizi paylaşmaq və digər iştirakçılarla fikir mübadiləsi aparma üçün önəmli bir platformadır.”

Rövşən Mahmudov

Prime Cotton, pambıqçılıq üzrə müasir texnologiyalı müəssisələr olan Bakı Tekstil Filialı, Sumqayıt Tekstil Filialı, Mingəçevir Tekstil Parkı və Şirvan Yağ Emalı Zavodu, həmçinin 11 rayonda Pambığın İlkin Emalı filialları və üç rayonda Məntəqə Tipli Filiallardan ibarət geniş infrastrukturu əhatə edir. Bundan əlavə, şirkət altı rayonda İnnovasiya Fermer Təsərrüfatı vasitəsilə ən müasir texnologiya və dayanıqlı pambıqçılıq təcrübələrini tətbiq edir.

İnnovasiya Fermer Təsərrüfatları, yeni pambıq sortlarının məhsuldarlığını və dərmanların təsirini yeni texnologiyaların tətbiqi ilə sınaqdan keçirildiyi xüsusi təsərrüfatlardır. Məqsəd, ən son metodlarla keyfiyyətli məhsul istehsalını artırmaqdır. Bu təsərrüfatlarda beynəlxalq pambıq sortları sınaqdan keçirilir, nəticələr fermerlərlə bölüşdürülür.

Yerli və beynəlxalq standartlara uyğun fəaliyyət göstərən şirkət istehsal etdiyi iplik, pambıq yağı və digər məhsulları Türkiyə, Rusiya, MDB, Avropa və Yaxın Şərq ölkələrinə ixrac edir.

Şirkət haqqında ətraflı

Prime Cotton MMC, 25 ildən artıqdır ki, Azərbaycanda fermerlər və aqronomlarla birgə xam pambığın becərilməsi, tədarükü və emalı istiqamətində fəaliyyət göstərir. İstehsal zamanı davamlılıq və istehsalat xəttinin izlənilməsi müəssisə üçün əsas prioritetlərdir. Prime Cotton hər il 160000 ton xam pambıq, 65000 ton pambıq lifi, 5000 ton pambıq yağı və 30000 ton pambıq yemi istehsal etmək imkanına malikdir.

Mingəçevir Tekstil Parkı (MTP), Prime Cotton-un törəmə şirkəti olaraq, hər il 6.000 ton açıq sonlu (OE spun), 8.500 ton Ring üsulu (RS) ilə iplik istehsal edir. Bu şaquli inteqrasiya olunmuş müəssisə açıq sonlu ipliklə yanaşı halqa iplik(RS) istehsalını dəstəkləyən toxuma və trikotaj üçün iki fabriki əhatə edir. Daha ətraflı məlumat üçün www.primecotton.az saytına daxil ola bilərsiniz.

GP Cotton Holdings Azərbaycanın ən böyük pambıq və tekstil istehsalçısıdır. Bu şirkətlər qrupu pambığın becərilməsindən və yığılmasından tutmuş, emalı və geniş çeşidli geyim məhsullarının istehsalına qədər bütün tədarük zəncirini əhatə edir. GP Cotton 5000-dən çox insana iş imkanı verməklə yanaşı tərkibinə daxil olan GiLTEX və Prime Cotton şirkətləri vasitəsilə 10000-dən çox fermer və aqronomla yaxından əməkdaşlıq edir. Bu iki şirkət "tarladan köynəyə" qədər bütün prosesi əhatə edərək, keyfiyyət və məhsuldarlığa tam nəzarəti təmin edərək GP Cotton Holdings-in dünya miqyasında müştərilərinə yüksək keyfiyyətli məhsullar təqdim etmək imkanı əldə edir. GiLTEX MMC müxtəlif növ və rəngdə parça, həmçinin köynək, dəsmal, uniforma və yataq dəsti kimi hazır tekstil məhsullarının istehsalında ixtisaslaşıb.

COP - Tərəflər Konfransı, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) illik toplantılarına aiddir. Bu konfranslar iqlim dəyişikliyinə qarşı mübarizədə irəliləyişi qiymətləndirmək və gələcək tədbirləri müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirir. Qarşıdakı COP29 konfransı 2024-cü ilin noyabr ayında Bakıda, Azərbaycanda keçiriləcək. Bu konfransın keçirilməsi Azərbaycanın qlobal iqlim təşəbbüslərində aktiv rolunu əks etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Noyabr 2024 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see577

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see244

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see243

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see149

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see143

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see141

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see141

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see138

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see138

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see136

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see135

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see132

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see131

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see130

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see129

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see129

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see126

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see124

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see122

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri