Icma.az
close
up
RU
MKT İstehsalat Kommersiya artıq Prime Cotton olaraq fəaliyyət göstərəcək

MKT İstehsalat Kommersiya artıq Prime Cotton olaraq fəaliyyət göstərəcək

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.


Azərbaycanın pambıq sənayesində aparıcı şirkətlərdən biri olan "GP Cotton Holdings"in şirkəti olan MKT İstehsalat Kommersiya MMC rebrendinq edərək fəaliyyətini "Prime Cotton" MMC adı ilə davam etdirəcək. Bu addım, şirkətin son illərdə keçirdiyi modernizasiya və təkmilləşdirmə layihələri nəticəsində güclü korporativ kimlik və yenilənmiş imic formalaşdırmaq məqsədilə atılıb.

Missiya.Az xəbər verir ki, bu barədə "Report"a şirkətdən bildirilib.

"Prime Cotton"un loqosu təbiilik, keyfiyyət və korporativ dəyərlərini ifadə edir. Göy pambıq çiçəyi məhsulun təmizliyini, yaşıl rəng isə ekologiyaya bağlılığı vurğulayır. Dairəvi elementlər əməkdaşlıq və dəqiqliyi əks etdirir. "Raleway" fontunun sadəliyi və müasirliyi brendin etibarlılığını göstərir. Simmetrik dizayn isə təbiətə və insana hörməti ifadə edir. Loqo, "Prime Cotton"un keyfiyyət və davamlı inkişafa bağlılığını vizuallaşdırır.

Gələn il pambıq sənayesində 30 illik fəaliyyətini qeyd edəcək şirkət, uğurlu fəaliyyəti nəticəsində genişlənərək, ölkənin pambıqçılıqla məşğul olan 20 rayonundan 15-də fəaliyyət göstərir. "Prime Cotton" hazırda Azərbaycanda ən geniş əraziyə malik pambıq istehsalçısıdır. Uğurlu strategiyası sayəsində müəssisə son illərdə qeyri-neft sektorunda ən çox ixrac edən 10 şirkətdən biri olub və 2024-cü ilin ilk 9 ayında ixrac liderliyinin zirvəsində qərarlaşıb.

"Prime Cotton" MMC, pambıqçılıqda əvəzsiz təcrübəsi, eləcə də dayanıqlılıq səyləri nəticəsində COP29 Qlobal Konfransında iştirak edəcək. Ziyarətçiləri GP Cotton Holdingsinin stendinə yaxınlaşıb "Prime Cotton" şirkətinin pambıqçılıqda tətbiq etdiyi dayanıqlı həllər və innovativ yanaşmalar barədə məlumat əldə edə biləcəklər. Şirkətin İcraçı direktoru Rövşən Mahmudov COP29 zamanı 14 noyabrda Yaşıl Zonada təşkil ediləcək “Daha Yaxşı Pambıq”, 21 noyabrda isə Göy Zonada baş tutacaq “Torpağın Sağlamlığı” tədbirlərində çıxış edəcək.

Şirkətin İcraçı direktoru, Rövşən Mahmudov bildirib: “Dayanıqlılıq "Prime Cotton"da strateji məqsədlərimizdəndir və bu istiqamətdə innovativ yanaşmaları tətbiq etməyə davam edəcəyik. COP29, dayanıqlılıqla bağlı təcrübələrimizi paylaşmaq və digər iştirakçılarla fikir mübadiləsi aparma üçün önəmli bir platformadır.”

Prime Cotton, pambıqçılıq üzrə müasir texnologiyalı müəssisələr olan Bakı Tekstil Filialı, Sumqayıt Tekstil Filialı, Mingəçevir Tekstil Parkı və Şirvan Yağ Emalı Zavodu, həmçinin 11 rayonda Pambığın İlkin Emalı filialları və üç rayonda Məntəqə Tipli Filiallardan ibarət geniş infrastrukturu əhatə edir. Bundan əlavə, şirkət altı rayonda İnnovasiya Fermer Təsərrüfatı vasitəsilə ən müasir texnologiya və dayanıqlı pambıqçılıq təcrübələrini tətbiq edir.

İnnovasiya Fermer Təsərrüfatları, yeni pambıq sortlarının məhsuldarlığını və dərmanların təsirini yeni texnologiyaların tətbiqi ilə sınaqdan keçirildiyi xüsusi təsərrüfatlardır. Məqsəd, ən son metodlarla keyfiyyətli məhsul istehsalını artırmaqdır. Bu təsərrüfatlarda beynəlxalq pambıq sortları sınaqdan keçirilir, nəticələr fermerlərlə bölüşdürülür.

Yerli və beynəlxalq standartlara uyğun fəaliyyət göstərən şirkət istehsal etdiyi iplik, pambıq yağı və digər məhsulları Türkiyə, Rusiya, MDB, Avropa və Yaxın Şərq ölkələrinə ixrac edir.

Qeyd edək ki, "Prime Cotton" MMC 25 ildən artıqdır ki, Azərbaycanda fermerlər və aqronomlarla birgə xam pambığın becərilməsi, tədarükü və emalı istiqamətində fəaliyyət göstərir. İstehsal zamanı davamlılıq və istehsalat xəttinin izlənilməsi müəssisə üçün əsas prioritetlərdir. Prime Cotton hər il 160000 ton xam pambıq, 65000 ton pambıq lifi, 5000 ton pambıq yağı və 30000 ton pambıq yemi istehsal etmək imkanına malikdir.

Mingəçevir Tekstil Parkı (MTP), Prime Cotton-un törəmə şirkəti olaraq, hər il 6.000 ton açıq sonlu (OE spun), 8.500 ton Ring üsulu (RS) ilə iplik istehsal edir. Bu şaquli inteqrasiya olunmuş müəssisə açıq sonlu ipliklə yanaşı halqa iplik(RS) istehsalını dəstəkləyən toxuma və trikotaj üçün iki fabriki əhatə edir. Daha ətraflı məlumat üçün www.primecotton.az saytına daxil ola bilərsiniz.

"GP Cotton Holdings" Azərbaycanın ən böyük pambıq və tekstil istehsalçısıdır. Bu şirkətlər qrupu pambığın becərilməsindən və yığılmasından tutmuş, emalı və geniş çeşidli geyim məhsullarının istehsalına qədər bütün tədarük zəncirini əhatə edir. GP Cotton 5000-dən çox insana iş imkanı verməklə yanaşı tərkibinə daxil olan GiLTEX və Prime Cotton şirkətləri vasitəsilə 10000-dən çox fermer və aqronomla yaxından əməkdaşlıq edir. Bu iki şirkət "tarladan köynəyə" qədər bütün prosesi əhatə edərək, keyfiyyət və məhsuldarlığa tam nəzarəti təmin edərək "GP Cotton Holdings"in dünya miqyasında müştərilərinə yüksək keyfiyyətli məhsullar təqdim etmək imkanı əldə edir. GiLTEX MMC müxtəlif növ və rəngdə parça, həmçinin köynək, dəsmal, uniforma və yataq dəsti kimi hazır tekstil məhsullarının istehsalında ixtisaslaşıb.

COP - Tərəflər Konfransı, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) illik toplantılarına aiddir. Bu konfranslar iqlim dəyişikliyinə qarşı mübarizədə irəliləyişi qiymətləndirmək və gələcək tədbirləri müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirir. Qarşıdakı COP29 konfransı 2024-cü ilin noyabr ayında Bakıda, Azərbaycanda keçiriləcək. Bu konfransın keçirilməsi Azərbaycanın qlobal iqlim təşəbbüslərində aktiv rolunu əks etdirir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://missiya.az
archiveBu xəbər 09 Noyabr 2024 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see194

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see121

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see119

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see116

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see114

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see112

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see111

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see111

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see110

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see110

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see110

Rusiyanın Qərbə qarşı müharibəyə başlaması üçün... Orban

18 İyul 2025 01:00see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri