MMA döyüşçümüz Məhəmmədəli Nuruşov rəqibini ilk raundda məğlub edib VİDEO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Nuruşov Özbəkistanda keçirilən OCTAGON 92 turnirində qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, həmyerlimiz Namanqanda təşkil olunan yarışda özbəkistanlı Bobirjon “İspançik” İsroilovla qarşılaşıb.
Döyüş uzun çəkməyib. Nuruşov ilk raundun əvvəlində rəqibini yerə keçirərək üstünlüyü ələ alıb. Azərbaycan təmsilçisi parterdə bir neçə zərbədən sonra boğucu fənd tətbiq edib və İsroilovu təslim olmağa məcbur edib.
Qeyd edək ki, qarşılaşmadan əvvəl Məhəmmədəli Nuruşovun peşəkar MMA-da göstəricisi iki qələbə və iki məğlubiyyət, İsroilovun statistikası isə iki qələbə və bir məğlubiyyət idi. OCTAGON təşkilatı bu qarşılaşmanı iki döyüşçü arasında prinsipial duel kimi təqdim etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 04 Oktyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















