MN in yeyintiyə görə tutulan xidmət rəisinin məhkəməsi keçirilib
Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə tərkibi işin baxışa verilməsi barədə qərar qəbul edib.
Proses avqustun 20-də davam etdiriləcək.
Qeyd edək ki, Namiq Mirzəyev ötən ilin avqust ayında DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib.
Təqsirləndirilən Namiq Mirzəyev AR Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.

MN də 143 milyonluq mənimsəməyə görə tutulan xidmət rəisinin məhkəməsi keçirilib
11 Mart 2025 19:01
143 milyonluq mənimsəməyə görə tutulan xidmət rəisinin məhkəməsi başladı
27 Fevral 2025 20:18
Maliyyə xidmət rəisinin məhkəməsi başlayıb
20 Dekabr 2024 15:08
Maliyyə xidmət rəisinin məhkəməsi başlayır
28 Noyabr 2024 16:46
Sabiq xidmət rəisinin məhkəməsi başlayıb
10 Dekabr 2024 15:11

