Icma.az
close
up
RU
MNdəki 2 milyonluq mənimsəmə ilə bağlı məhkəmə prosesi başlayıb

MNdəki 2 milyonluq mənimsəmə ilə bağlı məhkəmə prosesi başlayıb

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə məsuliyyətə cəlb olunan Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi müzakirə olunub. Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsi və araşdırılmasını istəyib.

Təqsirləndirilən şəxs və onun vəkili də cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz etməyib.
İş üzrə məhkəmə baxışı dekabrın 26-na təyin olunub.

Qeyd edək ki, Elvin Cəfərov haqda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Elvin Cəfərovun əməli nəticəsində dövlətə 2 milyon 200 min manat ziyan dəyib. İstintaqın əvvəlində ziyanı ödəməsi şərti ilə onun azadlıqda qalmasına şərait yaradılıb.

Amma o, Dövlət Təhlükəsizliyi Xidmətinin verdiyi fürsətdən lazımınca istifadə etməyib. Bu səbəbdən barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu iş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Müttəhim Cəfərov bir müddət əvvəl 143 milyonluq cinayətdən mühakimə edilən başqa zabitlərin məhkəməsində şahid qismində ifadə vermişdi. Bu dəfə şahid kürsüsündən müttəhim kürsüsünə yerini dəyişdirəcək.

O, ittiham edildiyi AR Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərsə 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 12 Dekabr 2024 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri