Icma.az
close
up
RU
Modeminizin sıradan çıxdığını göstərən 4 əlamət

Modeminizin sıradan çıxdığını göstərən 4 əlamət

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Wi-Fi router evdə ən çox istifadə olunan, amma problem yaranana qədər diqqət edilməyən cihazlardan biridir. Mütəxəssislərin sözlərinə görə, əksər routerlər orta hesabla 3-5 il işlədikdən sonra performansını itirməyə və tədricən nasazlıq göstərməyə başlayır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki,  routerin ömürünün sonuna yaxınlaşdığını göstərən bir neçə əsas əlamət var.

Wi-Fi siqnalının zəifləməsi və əhatə dairəsinin azalması

Əgər əvvəllər internetin problemsiz işlədiyi otaqlarda indi siqnal zəifləyirsə, səbəb internet provayderi deyil, routerin köhnəlməsi ola bilər. Zaman keçdikcə cihazın daxili antenaları və radio modulları zəifləyir.

Nəticədə siqnal divarlardan və digər maneələrdən əvvəlki kimi keçə bilmir. Bir vaxtlar bütün mənzili əhatə edən routerin təsir dairəsi nəzərəçarpacaq dərəcədə kiçilə bilər. Əgər routerdən bir qədər uzaqlaşdıqda bağlantı tez-tez qırılırsa və əvvəllər belə problem yox idisə, bu ciddi xəbərdarlıq siqnalıdır.

İnternet sürətinin aşağı düşməsi və bağlantının qeyri-sabit olması

Routerin sıradan çıxmağa başladığını göstərən digər əlamət internetin yavaşlamasıdır. Saytların gec açılması, videoların daim yüklənməsi, onlayn oyunlarda və zənglərdə gecikmələrin yaranması buna misaldır.

Bəzən bağlantı bir neçə saniyə və ya dəqiqəlik tamamilə kəsilə bilər. Bunun əsas səbəblərindən biri routerin məlumat paketlərini itirməsidir. Yəni göndərilən məlumat tam çatmadığı üçün yenidən ötürülməli olur və nəticədə sürət enir.

Cihazı yenidən başladıqda problem müvəqqəti aradan qalxa bilər. Amma nasazlıq təkrar olunursa, bu artıq avadanlığın köhnəldiyini göstərir.

Çox sayda cihazla işləyə bilməməsi

Müasir evlərdə smartfonlar, noutbuklar, televizorlar və digər ağıllı cihazlar eyni anda internetə qoşulur. Köhnə routerlər isə bu yükə tab gətirməkdə çətinlik çəkir.

Əgər yeni cihaz qoşulan kimi bütün evdə internet zəifləyirsə, gecikmələr yaranırsa və bağlantı sabitliyini itirirsə, router artıq yükü idarə edə bilmir deməkdir.

Köhnəlmiş proqram təminatı və yeniləmə problemləri

Routerin proqram təminatı ilə bağlı problemlər də təhlükəli siqnallardan sayılır. Yeniləmə zamanı cihazın donması, prosesin tamamlanmaması və ya yeniləmədən sonra yeni xətaların yaranması daxili yaddaş və ya texniki hissələrin köhnəlməsindən xəbər verə bilər.

Bəzi hallarda isə istehsalçı cihaz üçün dəstəyi dayandırır. Bu zaman router təhlükəsizlik və performans yeniləmələri almır və müasir şəbəkə tələblərinə uyğun işləyə bilmir.

Mütəxəssislər bildirirlər ki, routerdə bu problemlər tez-tez müşahidə olunursa, onu təmir etdirmək əvəzinə yeni model almaq daha məntiqli seçim ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 May 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri