Icma.az
close
up
RU
Möhkəm sülh modern ordudan güc alır

Möhkəm sülh modern ordudan güc alır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni dünya düzənində zəiflər uduzur

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə, habelə, ötən ilin son gecəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində səsləndirdiyi fikirlər konseptuallığı ilə seçilirdi. Dövlət başçımızın əsas mesajlarından biri postmünaqişə mərhələsində Azərbaycanın təhlükəsizlik fəlsəfəsinin klassik diplomatik ritorika çərçivəsindən çıxaraq qlobal əhəmiyyət kəsb etməsi ilə bağlıdır. Bu mesaj Azərbaycanın qarşıdurmayönümlü siyasi xətt qurmadığını, regional sabitliyin formalaşmasında məsuliyyət daşıyan güc mərkəzi statusu qazandığını nümayiş etdirir.

Dövlət başçısının “Biz yeni müharibəyə hazırlaşmırıq, müharibələr arxada qalıb” fikri Azərbaycan təhlükəsizlik arxitekturasının strateji niyyətini müəyyən edən fundamental yanaşmadır. Bu yanaşmanın arxasında dayanan əsas məntiq müharibə mərhələsinin tamamlandığını, lakin təhlükəsizlik mərhələsinin yeni siyasi reallıq kimi qaldığını və bu mərhələnin real güc platformaları üzərindən formalaşdırıldığını ortaya qoyur. Cənubi Qafqazı “sabitlik adası”na çevirməkdə israrlı mövqe nümayiş etdirən Azərbaycan bundan ötrü ardıcıl addımlar atır.

Qeyd edilən yanaşma heç də sülhün zəiflik və ya güzəşt modeli üzərindən dizayn edildiyi anlamını daşımır. Əksinə, Azərbaycan yeni müharibə gündəmi yaratmayan, lakin regional riskləri qabaqlayan, təhlükəsizlik boşluqlarının yaranmasına imkan verməyən dövlət modelini formalaşdırır. Açıq danışmaq lazımdır. Hərçənd bu gün sülh deyə bağıran dünyanın bəzi aparıcı ölkələri öz ordularını gücləndirməklə məşğuldurlar. Qlobal sistemdə beynəlxalq hüququn selektiv tətbiqi, böyük güclərin amansız rəqabəti, yeni geosiyasi xətlərin formalaşması fonunda hər bir dövlət öz təhlükəsizliyini real potensial üzərindən qurur. Növbəti illərdə dünyanın səbrsizliklə gözlədiyi “yeni dünya düzəni” adlı məfhum özlüyündə dünyanın bir və ya iki supergücünün tam nəzarəti altında cəmləşməsini əsla qəbul etmir. Bu düzən daha çox çoxqütblü və mürəkkəb güc paylanmasına malik struktur kimi formalaşmağa hesablanıb. Yeni yüzillikdə bu amili nəzərə almayan dövlətlərin aqibəti hər kəsə məlumdur. Məhz bu baxımdan Prezident İlham Əliyevin vurğuladığı kimi, “kim güclüdürsə, o haqlıdır” reallığı XXI əsrin əsas siyasi diaqnozuna çevrilib. Bu reallıq daxilində Azərbaycan üçün güclü olmaq siyasi üstünlük məsələsi yox, milli varlığın qorunmasının əsas şərtidir.

***

Ötən il keçirilən Zəfərin beşinci ildönümünə həsr olunmuş hərbi parad Azərbaycanın təhlükəsizlik fəlsəfəsinin ictimai platformada təqdimatı kimi tarixə düşdü. Parad meydanında nümayiş etdirilən pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli raket-artilleriya kompleksləri, hava hücumundan müdafiə sistemləri, yeni nəsil zirehli platformalar və vahid komanda–nəzarət mexanizmləri Azərbaycanın qurduğu çoxqatlı əməliyyat arxitekturasının real miqyasını ortaya qoydu. Türkiyə və Pakistan liderlərinin Prezident İlham Əliyevlə birgə paradı izləməsi isə Azərbaycanın təhlükəsizlik modelinin regional tərəfdaşlıqlar üzərindən möhkəmləndirildiyini nümayiş etdirdi. Bu, regional güc balansının artıq yalnız ikitərəfli deyil, çoxtərəfli təhlükəsizlik platforması üzərindən dizayn olunduğunu göstərdi.

Son beş il ərzində həyata keçirilən struktur transformasiyası Silahlı Qüvvələrin kəmiyyət göstəricilərindən daha dərin institusional dəyişiklikləri əhatə edir. Komanda–idarəetmə mexanizmlərinin rəqəmsallaşdırılması, real vaxt rejimində kəşfiyyat məlumatlarının toplanması, PUA nəzarətinin genişləndirilməsi, radioelektron mühitin aktiv idarəsi ordunun əməliyyat çevikliyini əsaslı şəkildə yüksəltdi. Komando Qüvvələrinin struktur genişlənməsi, xüsusi təyinatlı birləşmələrin yenilənməsi, dağlıq ərazilər üçün yeni taktiki platformaların formalaşdırılması döyüş hazırlığının çoxsahəli əməliyyat mühitinə uyğunlaşdırıldığını göstərir.

Müdafiə sənayesi xətti üzrə həyata keçirilən proqramlar təhlükəsizlik fəlsəfəsinin texnoloji dayaqlarını formalaşdırdı. Yerli istehsal olan zirehli platformalar, pilotsuz sistemlər, rabitə və müşahidə avadanlıqları, mühəndis-istehkam vasitələri döyüş arsenalına daxil edildi. Xaricdən əldə olunan yüksək dəqiqlikli silah sistemləri vahid əməliyyat mühitində inteqrasiya olundu. Bu yanaşma təchizat arxitekturasının dayanıqlığını möhkəmləndirdi və müdafiə sənayesini paralel iqtisadi güc platformasına çevirdi. Etiraf etməliyik ki, sadalanan reallıqlar ölkə başçısının “Azərbaycan Ordusunu bu gün və Vətən müharibəsində qalib gəldiyimiz dövrün silahları və döyüş qabiliyyəti ilə müqayisə etdikdə, hazırda bir neçə dəfə daha güclü mərhələdə dayanırıq” fikrinin praktiki təsdiqi kimi çıxış edir.

***

Orduda həyata keçirilən struktur və texnoloji transformasiya qısa müddətdə regional siyasi reallığın dəyişməsinə gətirib çıxardı. Məhz bu kontekstdə 2022–2023-cü illərdə Qarabağ mövzusunda formalaşan yeni hüquqi-siyasi reallıq Prezident İlham Əliyevin əsas tezislərini – beynəlxalq münasibətlər mühitində hüququn real güc dayaqları üzərindən işlədiyini – praktiki müstəvidə təsdiqlədi. Ermənistanın Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıması, separatçı strukturların tam ləğvi, şərti sərhəd boyunca təhlükəsizlik xətlərinin qurulması sülhün hüquqi konturunu real idarəetmə mexanizmləri üzərində möhkəmləndirən əsas platformaya çevrildi. Qarabağ məsələsinin beynəlxalq gündəlikdən çıxarılması isə Azərbaycanın postmünaqişə mərhələsində əldə etdiyi strateji nailiyyətlər sırasında xüsusi çəkiyə malik nəticə kimi çıxış edir. Prezidentin Qarabağa səfərləri zamanı verdiyi mesajlar, təhlükəsizlik xərclərinin genişləndirilməsi və regional risklər fonunda sərgilənən prinsipial mövqe dövlətin qabaqlayıcı təhlükəsizlik modelini institusional səviyyədə formalaşdırdığını nümayiş etdirir.

Ölkə rəhbərinin dünya azərbaycanlılarına ünvanladığı müraciət təhlükəsizlik fəlsəfəsinin diaspor ölçüsünü də müəyyənləşdirdi. İlham Əliyev hər bir azərbaycanlının arxasında güclü dövlətin dayandığını vurğulayaraq milli kimliyin qorunması və xaricdə güc platformalarının formalaşdırılması üçün ideoloji çərçivə təqdim etdi. Ortaq tarix, dil və mədəniyyət üzərindən qurulan bu çağırış qlobal Azərbaycan reallığının siyasi dayaqlarını gücləndirdi.

Beləliklə, yekunda əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə ölkəmizin əsla yeni müharibə gündəmi qurmadığını bəyan etməsi təkcə İrəvana deyil, bütün dünyaya ünvanladığı mesajdır. Bəli, Azərbaycan hərbi-siyasi strategiyasını qarşıdurma mərkəzli xətt üzərindən dizayn etmir. Bu siyasət regional sabitliyi qoruyan, riskləri qabaqlayan və təhlükəsizlik boşluqları formalaşmasına imkan verməyən güc platforması üzərində qurulur. Həmin platformanın əsas təminatçısı güclü ordu və struktur baxımından dayanıqlı təhlükəsizlik sistemidir. Möhkəm sülhün real təminatçısı isə məhz bu model üzərində formalaşan güclü ordudur.

Tacir SADIQOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see290

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see269

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see261

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see259

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see208

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see193

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see186

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see183

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see183

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see181

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see178

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see175

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see175

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see175

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see172

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see172

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see170

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see169

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see167

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri