Möhtəşəm bir razılaşmaya çox yaxınıq Tramp
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin "tezliklə başa çatacağını" bəyan edib.
O bu barədə Şimali Karolina ştatının Qastoniya şəhərində tərəfdarları ilə görüşdə deyib.
Trampın sözlərinə görə, Vaşinqton ölkədə dizel yanacağının qiymətinin artmasına səbəb olan Ukrayna münaqişəsini başa çatdırmaq üçün mühüm səylər göstərir.
"Biz Rusiya və Ukrayna (münaqişəni nizamlamaq məqsədi ilə) üçün çox ağır iş görürük... Bilirsiniz, mən səkkiz müharibəni başa çatdırmışam. Ən çətini isə Rusiya ilə Ukrayna arasındakı savaşdır, çünki liderlər bir-birinə nifrət edirlər. Lakin bu, tezliklə başa çatacaq", - Amerika Prezidenti vurğulayıb.
O, həmçinin ABŞ və Meksikanın ticarət sazişi bağlamağa yaxın olduğunu açıqlayıb.
"Biz Meksika ilə sazişə, möhtəşəm bir razılaşmaya çox yaxınıq", - Tramp əlavə edib. /"Report"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 17 Sentyabr 2026 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















