Moldova qaz nəqli şəbəkələrinin Rusiyadan ayrılmasını sürətləndirir
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Moldovanın Enerji Tənzimləməsi üzrə Milli Agentliyi (ANRE) “Moldovaqaz” ASC-yə qaz nəqli şəbəkələrinin törəmə müəssisəsi olan “Moldovatransgaz”a ayrılması prosesini bu ilin iyulun 31-dək başa çatdırmağı tapşırıb.
Teleqraf xəbər verir ki, agentlik bu qərarın ölkənin enerji müstəqilliyi və davamlılığına dair bu il fevralın 4-də imzalanmış birgə strategiya çərçivəsində qəbul edildiyini açıqlayıb.
Agentlikdən bildirilib ki, bu addım Moldova Respublikasının Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərə əsaslanır və Rusiyadan təbii qaz asılılığının tam aradan qaldırılmasını hədəfləyir.
Məlumata görə, əgər “Moldovaqaz” göstərilən tarixədək ayrılma prosedurunu tamamlamasa, şirkətin təbii qaz tədarükünə dair lisenziyası ləğv ediləcək. Bu halda ANRE yeni təchizatçı təyin edəcək və istehlakçılara tənzimlənən tariflərlə qaz çatdırılmasını təmin edəcək.
“Moldovaqaz” rəhbərliyi isə qərarla bağlı əsas səhmdar “Qazprom”a məlumat verəcəyini bəyan edib. Şirkətin rəhbəri vəzifəsini icra edən Vadim Çeban bildirib ki, qaz nəqli aktivləri ilə bağlı növbəti addımlar, o cümlədən “Moldovatransqaz”ın sertifikatlaşdırılması “Qazprom” və Moldovanın İctimai Əmlak Agentliyi tərəfindən həyata keçiriləcək.
Çeban qeyd edib ki, “Moldovaqaz” daha əvvəl bu məsələ ilə bağlı öz mövqeyini təqdim edib. Şirkət prosesin 2026-cı il aprelin 1-dək tamamlanmasını daha uyğun hesab edir ki, bu da səhmdarların qərarlarının razılaşdırılması və bütün zəruri əməliyyatların həyata keçirilməsi üçün imkan yaradar.
Qeyd edək ki, Moldovanın qaz nəqli sistemi (QTS) 2023-cü ildən Avropa İttifaqının üçüncü enerji paketi çərçivəsində beş il müddətinə Rumıniyanın “Vestmoldtransgaz” şirkətinin idarəçiliyinə verilib. Qaz nəqli sistemi (QTS) “Moldovaqaz” ASC-yə məxsusdur və şirkətin əsas səhmdarı 50% payla Rusiyanın “Qazprom” şirkətidir.
Baxış sayı:102
Bu xəbər 09 Aprel 2025 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















