Icma.az
close
up
RU
Moldova variantı, Qərb kəşfiyyatçılarının təlimi və Rusiyadan Ermənistana sərt mesaj Rusiya Ermənistanı hədələdi KONKRET

Moldova variantı, Qərb kəşfiyyatçılarının təlimi və Rusiyadan Ermənistana sərt mesaj Rusiya Ermənistanı hədələdi KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Ermənistan ətrafında yaranan qalmaqal davam edir. Qərbin regiona daxil olmasını həzm edə bilməyən Rusiya Ermənistandakı varlığını itirmək niyyətində deyil. Buna baxmayaraq rəsmi İrəvanın siyasəti Rusiyanı bölgədən sıxışdırmağa hesablanıb. Ermənistan ərazisində ABŞ hərbçilərinin təlimi, düşmən ölkəyə hərbi yardım, Fransa və Hindistandan Ermənistana daşınan silahlar, Aİ-nin  Azərbaycanla sərhəddə yerləşdirdiyi kəşfiyyat qrupu və digər amillər Rusiyanı əməlli başlı qıcıqlandırıb. Eyni zamanda son vaxtlar baş nazir Nikol Paşinyanın bəyanatları da Rusiyanın səbrini daşdırıb. Rusiya sərhədçilərinin “Zvartnos” hava limanından uzaqlaşdırılması, daha sonra İranla sərhəddən çıxarılması haqqında İrəvanın mövqeyi  Moskvanın qırmızı xətti hesab olunmalıdr. Buna görə də Rusiya Xarici Kəşfiyyat Xidməti bəyanatla çıxış edib. Bəyanatda deyilir: “ABŞ hökuməti Ermənistanda qərbyönlü vətəndaş cəmiyyəti strukturlarının stimullaşdırılması üzrə işləri sürətləndirib. ABŞ Ermənistanda Moldova variantına  nail olmaq istəyir. Bununla Vaşinqton İrəvanı çıxılmaz  vəziyyətə salır və bu  Ermənistanın intiharı deməkdir”.

Təhdid dolu bəyanat həm də Ermənistana barmaq silkələməkdir. İrəvan da dinc dayanmır və siyasi kursunu davam etdirir. İddia olunur ki, Dövlət departamentinə  bağlı strukturlar Ermənistan nümayəndələri üçün təlim kurslarını genişləndirməklə məşğuldur. Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatdında qeyd olunur ki, təlimlərdə anti-Rusiya tezisləri səslənir. Eyni zamanda təlimlərdə Fransa və ABŞ-nin kəşfiyyat qrupları da ermənilər arasında “təlim” keçir və Ermənistana getməyə hazırlaşır. Bütün bunlar Ermənistanda ictimai-siyasi proseslərə təsir etmək və anti-Rusiya təbliğatını genişləndirməyə xidmət edir”.

Ermənistan mətbuatı yazır ki, bu bəyanatdan əvvəl Rusiya nümayəndə heyəti Ermənistanda olub və hökumət orqanlarına bəzi təşkilatların xaricdən aldıqları vəsaitlər barədə məlumat verilib. Təklif edilib ki, Ermənistan Gürcüstandan nümunə götürərək, “Xarici agentlər haqqında” qanun qəbul etməlidir. Əks halda Rusiyanın Qafqazda öz təsirini sərt tədbirlərlə bərpa edəcəyi istisna edilmir.

Bu, Rusiyanın Ermənistana sərt mesajıdır və bununla rəsmi Moskva bəyan edir ki, Rusiya Ermənistandan asanlıqla çıxan deyil. Əslində bir dövlət kimi Rusiyanın proyekti olan Ermənistanın Qərb yönümlü siyasəti onların sonu deməkdir. Ən azı ortada Gürcüstan modeli var və ermənilər qonşularından dərs almalıdırlar. Anlamalıdırlar ki, onları 200 il əvvəl Cənubi Qafqaza yerləşdirən Rusiya Ermənistan adlandırdığı əraziləri heç kimə verməyəcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Noyabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri