Moldovada naməlum uçuş aparatı partlayıb
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Moldovanın cənubundakı Ştefan-Vodə rayonunun Talmaza kəndindən təxminən 3 kilometr məsafədə naməlum uçuş aparatı yerə düşərək partlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Moldova polisi məlumat yayıb.
"İlkin olaraq müəyyən edilib ki, partlayış hazırda kimliyi müəyyənləşdirilməyən uçuş aparatının yerə düşməsi nəticəsində baş verib", - deyə qurumun "Telegram" kanalında bildirilib.
Moldova Müdafiə Nazirliyinin məlumatına görə, radarlar saat 17:37-də (Bakı vaxtı ilə 18:37) Ukraynanın Kuçurqan kəndi istiqamətindən ölkənin hava məkanına daxil olan obyekti qeydə alıb.
Bununla əlaqədar Moldovada hava məkanı 15 dəqiqə müddətinə bağlanıb.
Baxış sayı:59
Bu xəbər 17 Avqust 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















