Moldovalı sənətkar ölkədən QOVULDU
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Repçi 351 Bratan klip çəkilişi zamanı İtaliyanın Milano-Meda magistral yolunda nəqliyyatın hərəkətini dayandırdığı üçün ölkədən deportasiya edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə İtaliyanın daxili işlər naziri Matteo Piantedosi “X” sosial şəbəkəsində məlumat verib
31 yaşlı Nikolay Novkaçenko “ictimai təhlükə” yaratdığı əsas gətirilərək İtaliyadakı yaşayış icazəsindən məhrum edilib və ilk təyyarə reysi ilə doğma Moldovaya göndərilib.
Hadisə sentyabrın 18-də baş verib. Motosikletçilərdən ibarət qrup pik saatda Milano-Meda magistral yolunu bağlayaraq klip çəkdirib. Sosial şəbəkələrdə yayılan görüntülərdə 351 Bratanın repçi Omar Ramo ilə birlikdə yolun ortasında çıxış etdiyi görünüb. Hadisə nəticəsində yolda uzun avtomobil növbəsi yaranıb və nəqliyyatın hərəkəti bir neçə dəqiqə dayanıb.
Polis hadisə yerinə saat 19:40 radələrində gəlib, lakin həmin vaxt qrup artıq ərazidən uzaqlaşıb. İstintaqçılar sosial şəbəkələrdə yayılan görüntülər vasitəsilə 351 Bratanı müəyyənləşdiriblər.
Nazirin sözlərinə görə, repçinin əvvəlki hüquq pozuntuları, o cümlədən silah gəzdirməsi və narkotik maddə saxlaması da araşdırma zamanı nəzərə alınıb.
Repçinin vəkili Matteo Politano isə qərardan inzibati məhkəməyə şikayət veriləcəyini açıqlayıb. O, cəzanı qeyri-mütənasib hesab edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 27 Sentyabr 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















