Icma.az
close
up
RU
“Molla Nəsrəddin”çilər haqqında yeni tədqiqat Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Molla Nəsrəddin”çilər haqqında yeni tədqiqat Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mollanəsrəddinçilər mətbuat və ədəbiyyat tariximizdə həmişəyaşar sənət və sənətkarlıq məktəbi yaratdılar. Ona görə də bu məktəbə dünən də, bu gün də, sabah da ehtiyacımız var.

Qarşımda "Molla Nəsrəddin” ədəbi məktəbinin araşdırılmasında və elmi ictimayyətin diqqətinə çatdırılmasında mühüm xidmətləri olan "elmi-publisistik təfəkkürə, üslub tərzinə malik istedadlı, ləyaqətli düşüncə sahibi”, filologiya elmləri doktoru, professor, pedaqoq Allahverdi Məmmədlinin "Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyası var.

Monoqrafiyanı oxuyarkən yazıçı Anarın "Əbədi Mirzə Cəlil” başlıqlı məqaləsindən son sözlərini xatırladım: "Əbədi Mirzə Cəlil bütün zamanların övladıdır, hər yeni nəslin yol yoldaşıdır. Və bizdən sonra gələn nəsillər onu təzədən kəşf edəcək, öz yaşıdları, çağdaşları kimi tanıyacaq...”. Dahiyanə bir fikir.

Əvvəla Mirzə Cəlil yaradıcılığı, savadı, vətənpərvərliyi, əyilməzliyi, düzlüyü ilə həqiqətən əbədiyaşar oldu. Elə ona görə də bütün zamanlarda yaradıcılığına, sözünə, amalına, əməlinə ehtiyac duyduğumuz bir əhli-qələm sahibi kimi, yaddaşlara əbədi həkk edildi.

Yeri gəlmişkən onu da qeyd edək ki, bu böyük şəxsiyyətdən yazmaq üçün, onun qədər yüksək qələmə, sözə, vətənpərvərliyə sahib olmaq gərəkdir. Görkəmli "Molla Nəsrəddin” ədəbi məktəbinin tədqiqatçısı Allahverdi Məmmədli də bu yüksək keyfiyyətlərə malik bir alimdir. Onun elmi yaradıcılığı demək olar ki, bütövlüklə bu ədəbi məktəbin tarixinə, fəaliyyətinə, ideyalarına, onun yazarlarının həyat və yaradıcılığının tədqiqinə (xüsusən də Mirzə Cəlilin) həsr edilib. 

"Molla Nəsrəddin” ədəbi məktəbinin fəaliyyəti Allahverdi müəllimin uzun illərdi diqqətini cəlb edib və bu istəyin, marağın sayəsində alimin onlara həsr etdiyi çox dəyərli, sanballı, məzmunlu elmi əsərləri, monoqrafiyaları, dərs vəsaitləri ərsəyə gəlib.

"Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq” (2003), "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq ideyalarının bədii təcəssümü (ərəb əlifbası ilə)” (2005), "Molla Nəsrəddin” ədəbi məktəbində milli varlıq problemləri” (2012), "Molla Nəsrəddin” ədəbi məktəbində azərbaycançılıq” (2017), "Molla-Nəsrəddinçilik və milli ideya” (2018), "Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” (2024) adlı əsərləri mollanəsrəddinçilərin yalnız Azərbaycan mətbuatı və ədəbiyyatı tarixində deyil, həm də ictimai fikir tarixində çox böyük rol oynadığını bir daha sübut edir.

Müəllif yenicə işıq üzü görən "Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyasında çox böyük ustalıqla bu ədəbi məktəbin formalaşdırdığı azərbaycançılıq təliminin xüsusiyyətlərini açır və elmi təhlilə cəlb edir. Odur ki, filologiya elmləri doktoru, professor Vüqar Əliyev haqlı olaraq bu monoqrafiyanın çapını alqışlayır və onun nəşrinin "mətbuat tariximizin maraqlı bir faktına” çevrilə biləcəyini vurğulayır. Filologiya elmləri doktoru, professor Vüqar Əhməd isə həmin əsəri müəllifin "çoxillik elmi-tədqiqat işinin, gərgin axtarışlarının uğurlu nəticəsi” kimi yüksək dəyərləndirir. 

Allahverdi müəllim bu monoqrafiyasında ən əsas məsələni; azərbaycançılıq ideologiyasının əhəmiyyətini, mahiyyətini açıqlamaqla yanaşı onu əsas hədəfin önünə çəkərək vurğulayır ki, "Ölkəmizdə azərbaycançılıq rəsmi dövlət ideologiyasıdır”. O, bütün əsər boyu bu prinsipə sadiq qalaraq Azərbaycanın maraqlarının hər şeydən üstün tutulmasını təbliğ edir. Məhz buna görə əsər bugün də, sabah da və hər zaman aktualdır.

Nə qədər Azərbaycan xalqı, dövlətçiliyi var, azərbaycançılıq da var olacaq. Onu qorumaq, yaşatmaq, gələcək nəsillərə ərməğan etmək isə bizim bocumuzdur. Bununla mollanəsrəddinçilərin hələ yüz il bundan əvvəl irəli sürdüyü bu ideya öz aktuallığını, əhəmiyyətini bir daha sübut etdi. Bu ideya müstəqilliyimizin, dövlətçiliyimizin, milli-mənəvi dəyərlərimizin daha da zənginləşməsinə, əbədiyaşarlıq qazanmasına bilavasitə xidmət edir. Nə qədər böyük, möhtəşəm, ülvi, müqəddəs bir ideya...

"Azərbaycan dilinin saflığını, gözəlliyini, zənginliyini, qüdrətini özündə yaşadan və gələcək nəsillərə ötürən bu böyük xəzinədə” yalnız ümummilli məsələlər deyil, həm də bəşəri ideyalar var. Çünki burada "hər bir fərdə böyük azadlığın və hüququn verilməsi müşayiət olunur”.

Müəllif yenidən bu mövzuya müraciət etməsinin səbəbini belə açıqlayır ki, "əsas məqsəd bu ədəbi məktəb haqqında yeni elmi-nəzəri fikirlər ortaya qoymaq, "Molla Nəsrəddin” ədəbi məktəbi nümayəndələrinin yaradıcılığında azərbaycançılıq ideyalarının bədii əksini araşdırıb üzə çıxarmaqdır”. Odur ki, əsərdə azərbaycançılığın elmi-məntiqi, ədəbi-ictimai mahiyyəti araşdırmanın məğzini təşkil edir və müəllif bu prinsiplərə çox gözəl əməl edib.

Milli xarakter kəsb edən və fundamental ideoloji təfəkkür modelini əks etdirən azərbaycançılıq bu gün gənc nəsilin şüurunda, qəlbində, ürəyində, zehnində o qədər möhkəm kök salmalıdır ki, heç bir qüvvə onu oradan qopara bilməsin. Budur Vətənçilik, dövlətçilik, Azərbaycançılıq...

"Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyanı oxuduqca bir daha əmin olursan ki, mollanəsrəddinçilər ona görə həmişəyaşar statusunu qazanıblar ki, çox böyük zəngin və maraqlı ədəbi-mədəni irsə malik olublar. Bu ədəbi-mədəni xəzinənin xalqa çatdırılmasında istedadı, bacarığı, zəhmətkeşliyi və ən əsası intelektual səviyyəsi ilə secilən Allahverdi Məmmədlinin öz payı, öz əməyi var. O, yazır ki, "Mollanəsrəddinçiliyin ideya əsasında azərbaycançılıq məsləki dayanır”. Elə Allahverdi müəllimin də məsləyində, amalında daim Vətəninə, dövlətinə, bayrağına və ən əsası insanlığa qarşı əzəmətli sevgi dayanır. Ona görə hər sözündə belə böyük azərbaycançılığı, Vətənçiliyi, dövlətçiliyi əks etdirən əsərlərin müəllifidir.

Əsərin sonunda müəllif bir daha vurğulayır ki, "Molla Nəsrəddin” ədəbi məktəbini doğuran ən başlıca səbəb azərbaycançılıq amalını ədəbi-bədii sözdə gerçəkləşdirmək, bunu xalqın, millətin idealına çevirmək olub”. Mollanəsrədinçilər də həmin ideyanın daşıyıcısı kimi öz yaradıcılıqlarında bir nümunəyə çevrildilər və 20-ci yüzilliyin əvvəllərində milli strategiyanın müəyyənləşməsində əsas rolu oynadılar.

Bildiyimiz kimi, "Molla Nəsrəddin” ədəbi məktəbinin tədqiqinə sovet dövründə kommunist ideologiyasının prinsiplərinə uyğun yanaşıldığı üçün bu sahədə bir sıra təhriflərə də yol verilib. Bunu Allahverdi müəllim də öz əsərində bir neçə dəfə vurğulayır. Buna görə "Molla Nəsrəddin” ədəbi məktəbi, xüsusən də sovet dövrü fəaliyyəti yenidən, obyektiv və milli maraqlara uyğun tədqiqata cəlb edilməli idi. Allahverdi müəllim də bu yanlışlıqları aradan qaldırmaq üçün yenidən çox zəngin və maraqlı olan irsə müraciət edib və belə bir dəyərli əsəri ortalığa qoyub. Təqdirəlayiqdir ki, müəllif dəfələrlə müraciət etdiyi bu mövzuda yenə də maraqlı, diqqətçəkən mülahizələr, fikirlər söyləyə bilib. Çünki mövzuya tarixiliklə müasirliyin vəhdətində yanaşıb, mollanəsrəddinçilərə olan rəğbətini qəlbinin hökmü ilə ifadə edib və onların sənətini layiq olduğu mərtəbəyə yüksəldib. Bu müqəddəs yolda müəllifə daha böyük nailiyyətlər arzu edirik.

Sevil Həsənova - BDU-nun professoru, Multimedia və elektron kommunikasiya kafedrası

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 13 Noyabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see128

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see128

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see127

ABŞ Çini təhdid etdi

16 Aprel 2025 11:33see126

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see125

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see123

Venesuela səfiri “ASAN xidmət”də

16 Aprel 2025 09:50see123

Bankların yüksək komissiya haqqı: Qiymətləri də yüksəldir

16 Aprel 2025 11:33see120

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see120

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see120

Rusiya Federasiya Şurasından Avropa İttifaqına sərt cavab

16 Aprel 2025 09:13see119

Arda Real Madrid , ya da Barselona nı çalışdıracaq Klub prezidenti AÇIQLADI

16 Aprel 2025 11:44see119

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see119

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim tədris prosesi ənənəvi qaydada davam edəcək

16 Aprel 2025 10:24see118

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see118

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see116

DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

16 Aprel 2025 12:39see116

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see115

Turist sahildə yadplanetli tapdı

16 Aprel 2025 17:00see114

Hərbi çağırışdan yayınmaya qarşı yenilik Xidmət yeni qanunla bağlı açıqlama yaydı

16 Aprel 2025 10:27see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri