Icma.az
close
up
RU
Ömrünü “Molla Nəsrəddin” ədəbi məktəbinə həsr edən alim Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Ömrünü “Molla Nəsrəddin” ədəbi məktəbinə həsr edən alim Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Mollanəsrəddinçilər xalqımızın parlaq zəkalarından, ədəbi-mədəni fikir tariximizin qüdrətli simalarından olduqları üçün ölməzlik statusunu aldılar. Ona görə onları "üzü gələcəyə gedən sənətkarlar” da adlandırırılar. Bu gün də, sabah da sevilə-sevilə oxunan, düşündürən, gücü, təsiri hiss olunan bu zəka sahibləri özlərindən sonra da var kimidir. Çünki, onlar millətini müstəqil vətənin sahibinə çevirmək üçün hüquqi, demokratik və dünyəvi dövlət qurmaq arzusu uğrunda mübarizəyə, mücadiləyə qalxaraq, sözləri ilə milləti buna hazırladılar. 

"Molla Nəsrəddin” ədəbi məktəbinin tədqiqinə çoxsaylı alimlər müraciət edib. Lakin bəziləri bütün ömrünü bu ədəbi məktəbin tədqiqinə, təbliğinə verib. Filologiya elmləri doktoru, professor, tanınmış tədqiqatçı, Azərbaycan mətbuat tarixinin araşdırılmasında xüsusi əməyi olan Allahverdi Məmmədli də belə alimlərdəndir. Onun bu sahədə dəqiq, sərrast və təkzibolunmaz faktlara, güclü məntiqə əsaslanaraq söylədiyi fikirlər, gəldiyi qənaətlər həmişə elmi ictimaiyyətin diqqətini çəkib, maraqla qarşılanıb və tələbkar tənqidçi, çoxsaylı oxucu münasibəti, rəyi ilə yüksək qiymətləndirilib.

Burada yadıma Mirzə Cəlilin "Milli oyanışımızın banisi” olan Mirzə Fətəli Axundzadə haqqında yazdığı fikir düşdü. "Mirzə Fətəli barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır”. Azərbaycan satirik mətbuat və publisistikası tarixində silinməz iz qoymuş, nəsillərə örnək olan mollanəsrəddinçilər haqqında istər sovet dövründə, istər müstəqilliyimizin yenidən bərpa edildiyi dövrdə çoxsaylı elmi tədqiqat işləri, ədəbi-bədii əsərlər yazılıb. Etiraf edək ki, onların bəziləri elə əsər yazmaq, sovetlərə xoş gəlmək xatirinə "yazılıb”, bəziləri isə "sovetin barmaqları”na, yəni "bədii-estetik qamçısına, qayçısına” tuş gəldiyi üçün obyektivlikdən uzaqdır. Nəticədə sənətə, sözə xidmət edən əsərlər yox, sovet ideologiyasını təbliğ edən əsərlər yaranıb.  

Yazıçı, tənqidçi Elçin Əfəndiyev sovet dövrü hər iki ədəbi məktəbə verilən yanlış "qiymətləndirmə” haqqında yazır ki, "bu birtərəfli mülahizələrin çoxu bilavasitə "Füyuzat”ı oxumadan (bəzən hətta "Molla Nəsrəddin”i də oxumadan!) söylənilirdi”. Yazıçı çox haqlıdır. Deməli bu ədəbi məktəbin fəaliyyətinə yenidən müraciət edilməsinə və sağlam, dəqiq təhlillər edilərək dəyərləndirilməsinə ehtiyac var.

A.Məmmədli də bu zəruriyyətdən ömrünün yarım əsrini mollanəsrədinçilərin tədqiqinə, təbliğinə həsr edib. Hələ tələbə olarkən bu ədəbi məktəbə müraciət edən müəllifin bu gün həmin sahəyə aid yüzlərlə elmi, bədii-publisistik məqalələri, onlarla əsərləri işıq üzü görüb. Onlardan biri də yenicə çap olunmuş "Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyasıdır.

Müəllifin istər bu, istər həmin mövzuda olan digər əsərlərində mollanəsrəddinçilərin amalını, məqsədini oxucusuna anlatmaqla, dərk etməklə yanaşı onda bu məqsədi yaşatmağa bir çağrış var. Mövzuya hədsiz sevgisi, sayğısı olan müəllifin əsərlərində özünəməxsus üslubu, orjinal ifadə tərzi, hadisələrə və faktlara fərqli müşahidələri, müqayisələri, dəyərləndirməyi daha çox diqqəti cəlb edir. Hiss olunur ki, müəllif mövzuya həmişə eyni istək, həvəs və məsuliyyətlə yanaşıb. Bu tədqiqat əsərlərində müəllifin təmkinliliyi, müdrikliliyi, fikirlərinin aydınlığı, ardıcıllığı, dilinin, üslubunun sadəliyi və eyni zamanda kəskinliyi diqqəti cəlb edir.

Əsəri oxuduqca məndə bir qürur hissi yarandı. Müəllifin azərbaycançılıq təəssübkeşliyi əsər boyu özünü qabarıq büruzə verir. Müəllif bəyan edir ki, mollanəsərəddinçiliyin ideya əsasında azərbaycançılıq məsləki dayanır. Bunu mollanəsrəddinçiliyin strateji məqsədi də sübut edir. Mollanəsrəddinçiliyin məqsədi isə millətin özünüdərkinə, azadlığına, tərəqqisinə nail olmaqdır. Buna nail olmaq üçün mollanəsrəddinçilər uzun, əzəblı, qınaqlı (təəssüflər ki, bəzən onları elə öz qələm yoldaşları tənqid, təhqir edirdilər. Məsələn M.S.Ordubadi və s.) bir yol qət etdilər. Amma xoşbəxtlikdən heç bir çətinliklər, maniyələr onları yolundan, əqidəsindən, məsləkindən döndərə bilmədi. Çünki, bu ədəbi məktəbin başında duran "Mirzə Cəlilçün məxsusi və daha yaxın bir dünya Azərbaycan dünyası vardı...”. O, yaşadığı o dünyanın qaranlıqlarını nura çevirməyə, həqiqətə, ədalətə dəstəy olmağa, millətin dərd-sərini anlamağa, "düşünən və düşündürən insan” olmağa çağırış etdi.

Başda Mirzə Cəlil olmaqla hər bir mollanəsərəddinçinin yaradıcılığına, taleyinə qayğı ilə, hörmət və ehtiramla yanaşan Allahverdi müəllim hər bir mollanəsrəddinçinin ədəbi məktəbin yaranmasında və yaşanmasındakı yerini, rolunu açıqlaya bilib. Məsələn, ədəbi və elmi ictimaiyyətdə o qədər də mükəmməl və doğru informasiya olmayan "Molla Nəsrəddin” ədəbi məktəbinin yetirmələri və ədəbi məktəbin ənənələrindən bəhrələnən Mirzə Məhəmməd Hatif Axundov, Məşədi Həbib Zeynalov, Nuşirəvan Kərimov və başqaları haqqında. Müəllif onları "yeni mollanəsrəddinçi qüvvələr” adlandırır və onların da hədəfi millətin ruhuna, qəlbinə, ağlına təsir etmək, əqlini və mənəviyyatını inkişaf etdirmək olduğunu vurğulayır.

Müəllif əsərini ərsəyə gətirərkən tanınmış tədqiqatçıların, söz ustalarının sənətlə, ədəbi tənqidlə, azərbaycançılıqla bağlı fikirlərindən sitatlar verərək fikir və mülahizələrini daha da mükəmməlləşdirib.

Allahverdi müəllim yazır ki, mollanəsrəddinçiləri "kiçik əhvalatlardakı böyük həqiqətlər” düşündürdüyü üçün onlar millətin gözünü aça bildilər, ruhuna hakim kəsildilər. Mirzə Cəlil bütün Azərbaycanı bu məqsədlə "Molla Nəsrəddin”ə cəlb etdərək, məmləkətin hər bölgəsində mollanəsrəddinçilər yetişdirdi və öz zamanının sərhədlərini aşaraq, onları xalqın taleyüklü problemi olan "azərbaycançılıq ideyası ətrafında birləşdirərək”, böyük amal uğrunda mübarizəyə hazırladı. Budur mollanəsrəddinçilərin ölməzliyi, bütövlüyü, böyüklüyü!

Görkəmli professor əsərində daha sonra yazır ki, "Mollanəsrəddinçilərin parlaq ədəbi ənənələri, azərbaycançılıq ideyaları müstəqil Azərbaycanın inkişafına və tərəqqisinə daim dəstək olacaq!”. İnşallah! Bütöv və Böyük Azərbaycanın varlığı mollanəsrəddinçilərin də ruhunu şad edəcək. Çünki bu mücadilədə onların da payı var.

"Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyada mollanəsrəddinşünaslığın "çətin, prinsipial və həlledici” məsələlərinin həllinə geniş yer verildiyi üçün, bu sahədə ən sanballı əsərlərdən biridir desəm, məncə yanılmaram. Gərkin axtarışların, analitik düşüncə tərzinin və səmimi, təbii duyğuların təzahüründən yaranan bu əsərin minlərlə oxucu qəlbini fəth edəcəyinə inanıram. 

Sonda onu demək yerinə düşərdi ki, yüz il bundan əvvəl Şərq aləmində "mənəviyyatda, ictimai şüurda, yazı üslubunda inqilab” edən mollanəsrəddinçilər amallarını və əməllərini "idrak və irşad işığına” həsr etdikləri üçün özləri də əbədi olaraq "idrak və irşad işığına” çevrildilər.

Qərənfil Dünyaminqızı

Filologiya elmləri doktoru, Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 20 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see279

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see122

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri