Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Monastıra aparan orta yol

Monastıra aparan orta yol

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Stendalın “Parma monastırı” romanı haqqında

Əvvəli ötən sayımızda...

Fabrisio Parmada tamaşa verən gəzərgi teatrın aktrisasına vurulur. Marietta adlı qızın himayədarı aktyor Ciletti oğlanı öldürməklə hədələyir. O da bir vaxtlar Napoleonun əsgəri olub, qısqanc, davakar adamdır, vuran əli var. Şəhər civarında təsadüfən rastlaşdıqları vaxt Ciletti şpaqasıyla Fabrisioya hücum çəkib onu yaralayır. Özünü qorumağa məcbur olan gənc keşiş aktyoru öldürür. Əlindəki bu qan ləkəsiylə o, Parmaya qayıda bilməz. Fabrisio İtaliyanı şəhər-şəhər dolaşıb axırda Bolonyada dayanır, orada Marietta ilə yenidən görüşür.

Şahzadə Ernest Cinanı sındırmaq üçün Fabrisioya qarşı cinayət işi açdırır. Günahı sübuta yetirilsə, onu ya edam, ya da sürgün gözləyir. Bu qərar həm də qraf Moskanı təzyiq altında saxlamaq, onun karyerasını təhlükəyə atmaqdır. Prins düşünür ki, hersoginya Fabrisionu qurtarmaq üçün ayaqlarına düşüb ona yalvaracaq, göz yaşları içində ona təslim olacaq. Cina isə tamam ayrı cür davranır, köçünü tutub Parmadan biryolluq getməyə hazırlaşdığını bəyan eləyəndən sonra vidalaşmaq adıyla şahzadənin qəbuluna yollanır. Prins qorxur bu məğrur qadın Parmadan getsə, hər yerdə onu ifşa eləyəcək, odur ki, Cinanın bütün şərtlərinə boyun əyir. Doğrudur, ertəsi gün şərti pozub, Fabrisio nə vaxt şəhərdə peyda olarsa, onu tutub qalaya salmağı tapşırır.

Müxalif liberalların başçısı markiza Raversi bibisinin adından məktub yazdırıb Fabrisioya tələ qurur, Parmaya gələn gənci tutub qandallayıb qala türməsinə salırlar. Qalanın komendantı general Konti də müxalif partiyaya yaxın adamdır. Fabrisio komendantın qızı Kleliyanı türmənin həyətində görəndə ona bir könüldən-min könülə aşiq olur, qızın saf gözəlliyi oğlanı heyran qoyur.

Fabrisionun qüllədəki kamerasından komendantın həyəti görünür. Gündüz Kleliya qəfəsdəki quşlarını yemləmək üçün həyətə çıxır, pəncərədən ona göz qoyan dustaqla tez-tez baxışır, sonra da işarələrlə danışmağa başlayırlar. Bir az keçmiş hətta məktublaşırlar da. Kleliya atasına zərbə vurmaq bahasına olsa belə Fabrisionu dustaqlıqdan qurtarmaq haqda düşünür.

***

Şahzadə isə onu sındırmış hersoginyadan qisas almaq ehtirasıyla alışıb yanır. Bunun da bir yolu var: Fabrisio ölməli, onun dərdindən havalanmış Cinaya dağ çəkilməlidir. Öz növbəsində hersoginya Sanseverina da intiqam eşqiylə yaşayır. Cina Fabrisionu qaladan qaçırmaq planı cızır, ancaq oz sirrini yalnız bir nəfərə aça bilər: bu adam onun gizli aşiqi, qaçaq şair, qatı respublikaçı, despotizmə qarşı barışmaz mübariz Ferrante Palladır. O, məftunu olduğu Cinanın hər əmrinə müntəzirdir, üstəlik, monarxla da köhnə haqq-hesabı var.

Fabrisionu nə gözlədiyini qraf Moskadan öyrənəndə hersoginya yubanmadan hərəkətə keçir. Dustağı qaçırmaq üçün plan cızılır, kameraya kəndir, lazımlı alətlər keçirilir. Komendant qızı Kleliya da planda yer alır. Dustağınsa qaçmağa həvəsi yoxdur, sevgilisinin yaxınlığında Fabrisio özünü bəxtəvər sanır. Türmə keşişi qala kilsəsində onları görüşdürür, qız oğlanı inandırır ki, burada qalmağı ona həyatı bahasına başa gələcək, təcili qaçmağı məsləhətdir.

Bundan sonra Kleliya Məryəm ananın surəti qarşısında and içir: əgər Fabrisio dardan qurtulsa, bir də onu görməyəcək, atasının hökmünə tabe olub onun seçdiyi namizədə ərə gedəcək, qəlbini günahından bu yolla arındıracaq.

Qaçış baş tutur, Cina Fabrisionu İsveçrəyə aparır. Kədərli qardaşoğlu bibisinin sevincinə ürəkdən şərik ola bilmir. Bibi bunu onun Kleliyadan ayrı düşməyinə bağlayır. Hersoginya özü də artıq Fabrisionu əvvəlki kimi sevmir.

Bir müddət sonra qraf Moskadan çapar gəlir: prins qəflətən ölüb, Parmada xalq Ferrante Pallanın başçılığıyla üsyana qalxıb. Qraf üsyanı yatırıb gənc şahzadə V Ernesti taxta çıxarır. Bundan sonra qaçqınlar geri qayıda bilərlər. Fəqət hökm ləğv olunmayıb, hələ qüvvəsində qalır. Fabrisio işə məhkəmədə baxılana qədər tutqusuz-filansız könüllü türməyə qayıdır. Kleliya onu kameranın pəncərəsi qarşısında görəndə dəhşətə gəlir. General Konti qaladan qaçmağıyla onu xalq içində rüsvay, rəhbərlik yanında gözükölgəli eləmiş dustaqdan qisas alacağına and içir. Fabrisionu zəhərləmək istəyirlər, Kleliya bu planı da pozur.

***

Hökmün ləğvindən sonra Fabrisio Parmada yüksək ruhani mövqe qazanır. Onun olduqca təsirli moizələri, bəlağətli nitqi insanlara təsəlli verir, arxiyepiskopun şöhrətini hər yana yayır. Xalqa ümid aşılasa da, Fabrisio özü bədbin, bədbəxtdir. Andına sədaqətini qoruyan Kleliya atasının seçimiylə Parmanın ən varlı adamı markiz Kreşentsiyə ərə gedir, ancaq Fabrisionu qəlbindən silə bilmir.

Ümidsizlikdən üzülən Fabrisio əldən düşüb, arıqlamış sifətində gözləri pırtlaq görünür. Kleliya anlayır ki, ona qəddar davranıb, bu səbəbdən əzab çəkir, amma əhdini də poza bilmir. Nəhayət, yol tapılır, sevgililər qaranlıqda görüşməyə başlayırlar, bu vaxt Kleliya guya Məryəm anaya verdiyi sözdən yayınmış sayılmır, çünki zülmətdə Fabrisionun üzünü gerçəkdən görmür.

Üç il bu minvalla keçir, onların bir oğlu dünyaya gəlir. Fabrisio uşağı öz yanına aparmaq istəyir, di gəl, rəsmən oğlanın atası markiz Kreşentsi sayılır. O halda uşağı oğurlayıb, sonra da öldüyü barədə şayiə yaymaq lazımdır. Plan baş tutsa da, uşaq tezliklə doğrudan ölür. Ardınca bu itkinin ağrısına dözməyən Kleliya da canını tapşırır. Dalbadal iki ağır zərbə almış Fabrisio intihardan böyük iradə hesabına daşınır. O, arxiyepiskop vəzifəsindən imtina eləyib Parma monastırına çəkilir.

Hersoginya Sanseverina qraf Moskaya ərə gedib Parmadan həmişəlik köçür. Xoşbəxt, asudə həyata qədəm qoymağının üstündən bir il keçmiş Fabrisionun monastırda öldüyü xəbərini alandan sonra o da çox yaşamır.

***

Göründüyü kimi, Fabrisio del Donqonun taleyi təsadüflər üzərində qurulub: əgər bu romantik gənc həyat deyilən savaş meydanına iyirmicə il əvvəl atılıb Napoleonun zəfər yürüşlərində iştirak eləsəydi... Cina dul qalıb ata ocağına qayıtmasaydı... Vaterloo döyüşündə xəyal atından salınan Fabrisio ağır fiziki zədə alsaydı... bibisi Milanda qraf Moska ilə tanış olmasaydı... Fabrisio şəhər kənarında gəzərgi aktyor Ciletti ilə rastlaşmasaydı... qala türməsində onun saxlandığı kameranın pəncərəsi komendantın bağçasına baxmasaydı... Kleliya dustağa qəsd hazırlandığı barədə atasından eşitməsəydi... monarx qəfil ölməsəydi... uşağı xəstələnib tələf olmasaydı...

Axı bütün bu şərtlər həm də hansısa cümlənin əvvəlidir, bunlardan qabaq da, sonra da sonsuzluğacan uzanan bir zəncirin halqasıdır. Fabrisionun taleyi, ömürlüyü hər zaman özgə əllərdədir, hansısa təsadüfdən asılıdır. Təsadüflər eyni zamanda doğurduğu nəticələrin səbəbi rolunu oynayır. Belə çıxır bu nakam gənc fələyin kuklasıdır, onu hələ beşiyinə qoyulmamış ram eləyib cilovlayan qəzavü-qədər istədiyi yerdə ona rol ayırıb istədiyi məsələdə ondan alət düzəldə bilir. Belə çıxır onun fərdi iradəsi, azad ruhu yalnız monastıra çəkilmək qərarı verəndə dilə gəlir.

Oxucu Fabrisionun şöhrətlənmək arzusundan xəbər tutur, ancaq onun əsl təyinatının nə olduğunu bilmir. Onu tək bircə dəfə gerçəkdən sevən görürük - o da Kleliyaya münasibətdə. Ancaq bu da qəhrəmanın qəlbində əsaslı çevriliş yaratmır, yalnız qızın pak iradəsi, fədakarlığı sayəsində onun taleyini, aqibətini dəyişir. Fabrisio keşiş kimi fəaliyyətə başlayandan sonra da sevgilisinə cismən qovuşmaq istəyindən əl çəkmir, beləliklə qızı da, özünü də ağır günaha batırır. Bu günahdan törəyən körpə Sandrinonun, ardınca da Kleliyanın ölümü ona kəsilmiş edam cəzasıdır.

Demək, Fabrisionun “qırmızı”dan “qara”ya keçidi səmimi, mükəmməl olmayıb, həm də belə bir keçid yalnız fiziki ölümlə mükəmməlliyə çata bilər. O, canında tüğyan eləyən ehtirasların min bir rəngini zülmət saçan keşiş qiyafəsinin “qara dəliyinə” uddurmayıb, onları sadəcə qara parça altında ört-basdır eləyib. Bu səbəbdən parlaq dini karyera, kilsə qaranlığı belə ona dinclik gətirmir.

***

Çox güman, lap əvvəldən hərbçi karyerası baş tutsaydı, Fabrisionu bu da xoşbəxt eləməyəcəkdi, çünki qırmızıyla qara, həyatla ölüm bir-birinin alternativi deyil, bir-birinin astar üzü, o biri qütbü, o biri başıdır. Necə ki, tuti dilli Napoleonun qitələrə sığmayan qızıl qanlı zəfərləri sonda uzaq, kimsəsiz adada qara yuxular içində anlaşılmaz sayıqlamalarla bitdi. Əgər Fabrisio intihar eləsəydi, bu, onu təsadüflər dalğasında atıb-tutub daşdan-daşa çırpan, onu ehtiraslar burulğanında boğan həyat enerjisinin qələbəsi, yaşadığı illərin həyata ödənən cəriməsi olardı. Zatən ölüm istəyinin özü də bir ehtiras, bir növ həyat enerjisidir. Monastırda isə onun həyatıyla birlikdə ölümü də sona çatır.

Həyatla ölüm bir-birindən törəyir, qarşılıqlı şəkildə bir-birini törədir, bir yerdə yaranıb bir yerdə ölür. Alternativ yol bunların tən ortasından keçir, ortadan keçən bu xətt bioloji varlığın iki əkiz qütbünü bir-birindən ayırıb zərərsizləşdirir. Həmin yol Fabrisionu Parma monastırına aparıb çıxarır.

Monastır burada obrazdır, rəmzi mahiyyət daşıyır, ehtiraslarla qorxular, qırmızılarla qaralar, səbəblərlə nəticələr arasında girinc qalmış insan beyninin saflıq, rahatlıq, sükunət arzusunu ifadə eləyir. Monastıra çəkilmək qırmızıdan qaraya, həyatdan ölümə keçid deyil, bunları bir ortaq məxrəcə gətirib sıfırlamaqdır. Stendalın böyük oğlu Jülyen Sorelə belə bir son qismət olmamışdı.

Yalnız monastıra sığınandan sonra Fabrisionun başıbəlalı cismi ruhundan əl çəkib onu dinc buraxır. Bunun ardınca qəhrəmanın rahat, qayğısız əbədi ömrü başlanır.  Dostoyevskinin “Cinayət və cəza” romanının son abzasını olduğu kimi “Parma monastırı”nın da sonluğuna calamaq olar: “Burada artıq yeni əhvalat başlayır. Bu əhvalat yavaş-yavaş yeniləşən, daxilən tamam dəyişən, yavaş-yavaş bir aləmdən başqa bir aləmə keçən, bu vaxta qədər tanımadığı, bilmədiyi yeni bir aləmlə tanış olan adamın əhvalatıdır. Bu, yeni bir hekayənin mövzusu ola bilər, bizim hekayəmiz isə bununla başa çatır”.

F.Uğurlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Fevral 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see422

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see417

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see275

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see205

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see164

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri