Icma.az
close
up
RU
Mopedlərlə bağlı qanun qəbul olunandan sonra nələr gözlənilir? AÇIQLAMA

Mopedlərlə bağlı qanun qəbul olunandan sonra nələr gözlənilir? AÇIQLAMA

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi moped sürücülərindən sürücülük vəsiqəsi tələb olunması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edilir. Dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə edilib. Müşahidə edilən odur ki, bu gün mopedlərin törətdiyi qəzalarla bağlı çoxsaylı şikayətlər qanuna dəyişikliyi zərurətə çevirir.
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, bəzi hallarda moped idarə edən şəxslərin yol-hərəkət qaydalarına biganə yanaşdıqları müşahidə olunur
Onun sözlərini görə, həmin şəxslər həm real qəza şəraitləri yaradır, həm də özlərinin həyatını və sağlamlığını təhlükəyə atırlar: “Bax bu istiqamətdə işlər görülməlidir və onlara hansısa bir üsulla nəzarət olmalıdır. Dünyada da bununla bağlı təcrübələr var”.
Hüquqşünas bəzi ölkələrdə hətta velosiped sürücülərinə də nəzarət edildiyini xatırladıb: “Onları da çox sadələşdirilmiş qaydada sorğu-sual edirlər, yol-hərəkət qaydaları ilə bağlı biliklərini lazımlı səviyyədə saydıqdan sonra yola buraxırlar”.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, moped sürücülərinin sürücülük vəsiqəsi ilə bağlı məsələ bu gün daha çox aktuallaşıb. Onun sözlərinə görə, çünki onlar indiyədək dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıblar: 
“Daha da şiddətli və kobud qayda pozuntularına yol verdilər və nəticə etibarilə artıq aidiyyəti qurumlar bu istiqamətdə qanun layihəsinin hazırlanmasını zəruri gördülər. Beləliklə, bu gün tələb olunan 3 əsas variant var: birincisi onlara sürücülük vəsiqəsinin verilməsidir, digəri mopedin dövlət qeydiyyatına alınmasıdır, üçüncü mərhələ isə mopedə dövlət nömrə nişanının verilməsidir”.
Ekspert söyləyib ki, hər bir şəxs sürücülük hüququna sahib olmaq üçün isə bilik və bacarıqlarını ortaya qoymalıdır: “Təbii ki, sürücülük vəsiqəsini alarkən artıq müəyyən biliklərə sahib olur, ən azından indiki xaotik vəziyyət yaranmır, manevr qaydalarına, işıqforun tələblərinə əməl edirlər, piyadaların üstünə sürmürlər. Son illərin göstəricilərinə nəzər yetirdikdə, neçə dəfələrlə piyadanın mopedlə vurulmasının şahidi oluruq. İndiyədək avtomobilinin moped tərəfindən vurulduğu, əzildiyi, hansısa detalına zərər yetirildiyi və ən pisi isə həmin moped sürücüsün hadisə yerindən qaçdığı barədə çoxsaylı müraciətlər mövcuddur. Bakının o istiqaməti yoxdur ki, moped və motosikletlərdən şikayət gəlməsin. Respublikanın, demək olar ki, hər yerindən artıq bu tip şikayətlər gəlir. İndi belə adamları da aşkarlamaq mümkün olmur. Çünki adətən xüsusi texniki vasitələrlə - kameralarla aşkarlamaq lazım gəlir. Bunların özlərinin hər hansı bir nömrəsi və fərqləndirici bir elementi olmadığına görə aşkarlamaq mümkün olmur”.
E.Muradlı vurğulayıb ki, qanun qəbul olunandan sonra bütün bunlar dövlət qeydiyyatına alınacaq: “Təbii ki, bir çoxları imtahan verə bilməyəcək. Moped qeydiyyata salınanda nömrə alınacaq. Məlum olacaq ki, kamerada cərimə gəlir və yaxud da nəsə bir xuliqanlıq edibsə, həbs cəzasına qədər məhkum olunacaq. Ona görə bir çoxları da bundan uzaqlaşacaqlar”.
Xatırladaq ki, bu ilin 9 ayı ərzində moped və motosikletin iştirakı ilə baş verən 32 yol-nəqliyyat hadisəsi zamanı 10 nəfər ölüb, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu göstəricilər iki təkərli nəqliyyat vasitələrinin idarə olunmasında sürücü intizamının qənaətbəxş olmadığını göstərir. Baş Dövlət Yol Polisi İdarəsi xatırladıb ki, motosiklet, moped və digər bu tip iki təkərli nəqliyyat vasitələrini idarə edən sürücülər yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etməli, qeydiyyatsız və ya qoruyucu vasitəsiz hərəkət etməməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.(iqtisadiyyat.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri