Moskalkova Ukraynaya aparılan Kursk vilayətinin sakinləri ilə bağlı məlumatları açıqladı
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyada İnsan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova Kursk vilayətinin sakinlərinin Ukraynaya aparılması ilə bağlı yeni məlumatları açıqlayıb.
Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.
Onun sözlərinə görə, hazırda Kurskdan Ukraynaya aparılan və ya təxliyə edilən yeni vətəndaş yoxdur.
Hər gün Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əlaqə saxlanılır və onlara əsasən, bu günə qədər Kurskdan Sumıya heç bir yeni insan göndərilməyib.
O, həmçinin qeyd edib ki, Ukrayna hərbçiləri rus qoşunlarının irəliləməsindən əvvəl 100-dən çox rusiyalını Ukraynaya təxliyə ediblər. Bəzi sakinlər isə artıq Rusiya ərazisinə qayıdıblar.
Daha əvvəl bildirildiyinə görə, Kursk vilayətindən olan 50 mülki şəxs hələ də Sumı vilayətində qalır. Onların geri qaytarılması üçün danışıqlar aparılır, lakin Ukrayna tərəfi sənəd çatışmazlığı səbəbindən sərhədi keçmənin mümkün olmadığını bildirib.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 02 Aprel 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















