Icma.az
close
up
RU
Moskva aeroportlarında kollaps davam edir AZAL ın reysi 6 dəfə təxirə salınıb

Moskva aeroportlarında kollaps davam edir AZAL ın reysi 6 dəfə təxirə salınıb

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Moskva (Vnukovo) - Bakı (Heydər Əliyev Beynəlxalq Aeroportu) reysi artıq altıncı dəfə təxirə salınıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya “teleqram” kanalları məlumat yayıb.

Sərnişinlərin sözlərinə görə, insanlar bir sutkadır öz reyslərini gözləyirlər. Onlara yemək kuponu verilib, bəziləri isə oteldə yerləşdirilib.

"İnsanlar gecəni yerdə, kafelərdə, stullarda keçirirlər. Bəziləri 24 saatdır gözləyirlər, bəzi aviaşirkətlər vauçer vermir, verirlərsə, çox cüzi məbləğdə verirlər", - sərnişinlərdən biri “SHOT” kanalına deyib.

Ukrayna PUA-larının hücumundan sonra tətbiq edilən məhdudiyyətlər səbəbindən Moskva hava limanlarında 400-dən çox reys təxirə salınıb. 179 təyyarə alternativ aerodromlara yönləndirilib. Moskvanın hava limanlarında böyük sərnişin izdihamı var.

Şeremetyevo, Vnukovo, Domodedovo, Jukovski, Pulkovo, İvanovo, Yaroslavl, Nijni Novqorod, Samara, Kaluqa, Kazan, Nijekamsk və Soçi hava limanlarında da vaxtaşırı olaraq müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

“Rosaviasiya”nın məlumatına görə, hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər səbəbindən 24 saat ərzində 186 təyyarə alternativ aerodromlara eniş edib.

Uçuş cədvəllərinə də düzəlişlər edilib. Təkcə Aeroflot Group Moskvadan 68, Rusiya paytaxtına isə 66 reysi ləğv edib.

Antalyaya uçan təyyarə bir gündən artıqdır ki, paytaxtın Şeremetyevo şəhərindən yola düşə bilmir. Pobeda, Türk Hava Yolları, AJet, RusLine, S7 Hava Yolları və Ural Hava Yolları tərəfindən də bəzi reyslər ləğv edilib. Qorno-Altaysk, İstanbul, Antalya, Tambov, Düşənbə, Yekaterinburq və Oş istiqamətlərinə uçan təyyarələr havaya qalxmayıb. Moskvada isə parada hazırlıq gedir…

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 May 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri