Icma.az
close
up
RU
Moskva Azərbaycan diasporuna rəhbər təyin etdiyi şəxsdən niyə üz çevirdi DETALLAR

Moskva Azərbaycan diasporuna rəhbər təyin etdiyi şəxsdən niyə üz çevirdi DETALLAR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin sentyabrında Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan icmasına və “Uraldakı azərbaycanlıların mədəniyyət, gənclər və idman Mərkəzi”nə Vidadi Mustafayev yeni rəhbər təyin edilmişdi. O, avqustun 2-si Moskvada saxlanılan diaspor rəhbəri Şahin Şıxlinskinin yerinə təyin olunmuşdu.

Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın mənbələr Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti olmadığını, onun naməlum qrup tərəfindən qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçildiyini" bildirmişdi. Çoxları uzun illər Uralın mərkəzində Azərbaycan diaspor strukturuna uğurla rəhbərlik edən Şahin Şıxlinskinin həbsini və  yerinə iqtisadi cinayətlərə görə bir neçə dəfə məsuliyyətə cəlb olunmuş V. Mustafayevin təyin olunmasını Moskvanın təzyiqləri ilə əlaqələndirmişdi. Rusiya güc strukturları Vidadi Mustafayevi öz adamı kimi diaspor strukturuna yerləşdirsə də, onunla əməkdaşlığı tez bitirdi. Belə ki, dekabrın 1-də V. Mustafayev məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat zamanı tutulub. Onun Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə dələduzluqda şübhəli bilindiyi qeyd olunub.

Modern.az Vidadi Mustafayevin saxlanılma səbəbləri ilə bağlı bəzi detallarını əldə edib.

Belə ki, "diaspor rəhbəri" bir neçə torpaq sahəsi ilə bağlı irimiqyaslı fırıldaqçılıqda ittiham olunur. Məhkəmə onu 31 yanvar 2026-cı ilə qədər həbs qətimkan tədbiri seçib və istintaq yeni ittihamlar vəd edir. Vidadi Mustafayevin başına gələnlərin  özünü əxlaq müdafiəçisi kimi təqdim edən, sənətçilərə, blogerlərə və ictimai xadimlərə qarşı çoxsaylı "donos"lar yazan keçmiş təhlükəsizlik məmuru Vitali Borodinlə bağlı olduğu vurğulanır.

Adı açıqlanmayan mənbə Mustafayevi Borodinin yaxın çevrəsinə bağlayıb və onun fəaliyyətini Borodinin sədri olduğu "Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihə" təşkilatı ilə əlaqələndirib.

Mustafayevin Borodinin layihəsinin adından humanitar yardım üçün pul toplamaq və müxtəlif məsələləri "həll etmək" üçün istifadə etdiyi iddia olunur. 

Güc strukturları ilə əlaqələri olan Borodinin geniş biznes şəbəkəsinin olduğu bildirilir. 2014-cü ilin mart ayında o, nizamnamə kapitalında 50% payla Spetspromstroy MMC-ni təsis edib. Şirkət müntəzəm olaraq dövlət müqavilələri alır və tamamlanmış müqavilələrin ümumi dəyəri təxminən bir neçə milyon dollara çatır.

Modern.az Uralda Azərbaycan diasporu ilə bağlı baş verən prosesləri diqqətdə saxlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Dekabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see209

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see186

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see167

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see157

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see137

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see135

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri