“Moskva buna qərar verərsə, İrəvan etiraz etməyəcək”
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması məsələsi Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edilməyib”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə danışıb.
“Hərbi baza məsələsinə gəldikdə, bununla bağlı müzakirələr olmayıb. Bu müddət ərzində biz heç vaxt Rusiyanın 102-ci bazası məsələsini qaldırmamışıq. Bununla belə, Ermənistanda Rusiya bazasının mövcudluğunu həyati vacib zərurət hesab etmirik”, - deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya bazanı Ermənistandan çıxarmaq qərarına gəlsə, İrəvan buna etiraz etməyəcək: “Yox əgər, Rusiya bazanı ölkədə saxlamaq arzusunu bəyan edərsə, Ermənistan bu məsələni də müzakirə etməyə hazırdır”.
Xatırladaq ki, bundan əvvəl V.Putin Bişkekdə mətbuat konfransında çıxışı zamanı bəyan edib ki, “Əgər Ermənistan ölkədəki Rusiya hərbi bazasına artıq ehtiyac olmadığını hesab edərsə, Rusiya elə sabah çıxıb getməyə hazırdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 03 Sentyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















