Icma.az
close
up
RU
“Moskva Ermənistanda siyasi proseslərdə həlledici rol oynayır” DEPUTAT

“Moskva Ermənistanda siyasi proseslərdə həlledici rol oynayır” DEPUTAT

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanda qarşıdan gələn seçkilər öncəsi siyasi və ictimai müstəvidə gərginlik artır. Bu gərginlik fonunda həm Rusiyanın təsir imkanları, həm də kilsənin mövqeyi diqqət mərkəzindədir.

Moskvanın iqtisadi və siyasi rıçaqları, eləcə də kilsənin uzun illər formalaşmış nüfuzu proseslərdə mühüm rol oynayır. Paşinyanın son addımları isə bu təsir mexanizmlərini zəiflətməyə yönəlib.

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Arzu Nağıyev mövzunu belə şərh edib:

“Bu gün Rusiyanın Ukrayna ilə apardığı müharibə ikinci bir cəbhənin açılmasına imkan vermir. Lakin Moskva birmənalı şəkildə Ermənistanla forpost kimi əlaqəlidir. Bu səbəbdən istər hərbi, istərsə də iqtisadi sahədə bütün məsələlər – Zəngəzur dəhlizi, Rusiya qoşunlarının bölgədə qalması, seçki prosesi və digər problemlər – məhz Kremlin təsirindən kənarda deyil.

Hazırda Ermənistan siyasətində Sarkisyan və Koçaryan kimi fiqurlar müxtəlif bəyanatlarla çıxış edirlər. Qeyd etmək lazımdır ki, Rusiyanın, hətta Prezident Administrasiyası rəhbərinin müavini  Sergey Kiriyenkonun başçılığı ilə seçki proseslərinə təsir göstərən xüsusi bir qrup fəaliyyət göstərib. Deməli, həm seçkilərlə bağlı, həm də digər mühüm məsələlərin həlli istiqamətində Moskvanın rolu açıq şəkildə görünür”.

Arzu Nağıyevın sözlərinə görə, Ermənistan ərazisində fəaliyyət göstərən qurumların təxminən 70 faizindən çoxu Rusiyanın nəzarətindədir:

“Kreml bu rıçaqlardan mütəmadi olaraq istifadə edir. Bura kilsə məsələsi, qondarma “soyqırım” və Dağlıq Qarabağla bağlı mövzular da daxildir.

Baş nazir Paşinyan son dövrdə kilsənin təsir imkanlarını məhdudlaşdırmağa yönəlmiş addımlar atıb. O, müxtəlif qanun dəyişiklikləri ilə kilsənin siyasətə müdaxilə mexanizmini zəiflətməyə çalışır. Məsələn, vaxtilə Ermənistan rəhbərlərinin təyinatında belə kilsənin razılığı önəmli rol oynayırdısa, indi bu təsir tədricən azalır.

Məhz buna görə də Qareginin və digər kilsə nümayəndələrinin açıqlamaları təsadüfi deyil. Bu bəyanatlar seçki öncəsi manevrlərin tərkib hissəsi kimi qiymətləndirilməlidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Sentyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri