Icma.az
close
up
RU
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir RƏY

Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir RƏY

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il “Beynəlxalq Mülki Aviasiya haqqında” Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı dərc olunub. Sərnişin təyyarəsinin kənar müdaxilə nəticəsində qəzaya uğraması öz təsdiqini tapıb. Belə ki, hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib. Bütün bunların fonunda Kremlin AZAL-ın təyyarəsi ilə bağlı ilkin hesabatını şərh etməməsi müzakirələri daha da genişləndirib. Əslində, Qazaxıstan hökumətinin açıqladığı hesabat həqiqətlərin üzə çıxdığını, baş verən faciədə pilotlarımızın heç bir qəbahətinin olmadığını, onların cəsur və fədakar şəkildə davrandığı həqiqətini bir daha sübut edir. Moskva günahkar olduğunu əvvəldən çox  yaxşı bilirdi. Sadəcə, araşdırma aparıldığı müddət ərzində Rusiya tərəfi media, eləcə də sosial şəbəkələr vasitəsilə beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq istədir. Bu da azmış kimi Azərbaycan və Qazaxıstana təzyiq göstərmək niyyətini də gizlətmir, nəticələri saxtalaşdırmaq istəyirdi. Kreml bu istəyinə də nail ola bilmədi, çünki Azərbaycan dövıətinin qəti, yenilməz iradəsinə qalib gəlməyi bacarmadı.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib ki, hər şey ortadadır, Prezident İlham Əliyev hadisədən bir neçə gün sonra Azərbaycan tərəfinin mövqeyini onsuz da elan etmişdi:

“Təyyarəmiz birmənalı olaraq kimlərinsə məsuliyyətsizliyi, səhvi ucbatından cinayətkarcasına vurulub. Vuran isə Rusiya tərəfidir, bu da məlumdur. Qazaxıstan tərəfi ilkin nəticələri açıqladı, ortada nə quş, nə də başqa məsələ var. Hər şey göz qabağındadır. Hadisə araşdırılıb, yekun nəticələr də var. Hesab edirəm, beynəlxalq qayda-qanuna, müvafiq beynəlxalq konvensiyalara uyğun olaraq beynəlxalq hüququn normaları əsasında Rusiya tərəfi dövlət səviyyəsində məsuliyyətsizliyini, səhvini etiraf etməlidir. Təbii ki, Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov isə deyib ki,  araşdırmanın ilkin hesabatı ciddi proseslərə yol açır:

“Azərbaycanın iddiaları artıq hüquqi zəmində öz təsdiqini tapır. Qazaxıstan tərəfinə təşəkkür edirik ki, təhqiqatın gedişinə, ekspertlərin araşdırmalarına, hüquqşünasların işinə müəyyən müdaxilələri nəzərə almayıb, öz peşəkar fəaliyyətini düzgün qurub. Nəticə isə göz qabağındadır. Artıq heç kimdə şübhə yoxdur ki, mülki təyyarəyə kənar müdaxilə olub və hava hücumundan müdafiə sistemi işə düşüb.  Təhqiqat işinin bütün materialları ilə yaxından tanış oldum. Böyük bir hesabatı oxudum. Burada ölkəmizin mövqeyi, cənab Prezidentimizin iradəsi həlledici olacaq. Elə əvvəldən də söylənilən bütün fikirlər bu gün təkzib oluna bilməz. Rusiya bu məsuliyyəti daşımalı, kompensasiya ödəməli və beynəlxalq praktikadan irəli gələn müvafiq addımları atmalıdır. Hansısa digər mülahizələr, iddialarla çaşqınlıq yaradılması yolverilməzdir. Artıq buna heç bir əsas da yoxdur. Ortada olan materiallara, qaldırılan suallara cavab vermək və konkret addımlar atmaq zəruridir”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 Fevral 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see142

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see126

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see123

Kürdəmirdə 32 yaşlı qadının körpəsi ölü doğulub

30 May 2025 14:54see122

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see122

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see120

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see119

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see118

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see117

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see116

İşğaldan azad edilən ərazilərə daşınan sərnişin sayı...

30 May 2025 18:36see116

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see115

Zelenski birbaşa danışıqlar arzusu ilə seçkiləri təxirə salmaq istəyir

30 May 2025 14:08see115

Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır

30 May 2025 18:33see115

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

30 May 2025 13:42see114

Daxildə Birlik, Xaricdə Etibar Azərbaycanın Müstəqillik Formulu

30 May 2025 11:45see114

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see114

Bərdəni dəfələrlə “Smerç”lərlə vurdular Zərərçəkmiş

30 May 2025 15:00see114

Qatara biletsiz minənlərə pis xəbər

30 May 2025 18:41see113

Koronavirusun yeni ştammının “imza” simptomunun adı açıqlanıb

30 May 2025 21:37see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri