Icma.az
close
up
RU
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdmək” CƏHDİ

Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdmək” CƏHDİ

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Azərbaycan-Ermənistan sülh prosesinə rəsmi Moskvanın geosiyasi maraqları kontekstində münasibət bildirməsi Cənubi Qafqazda geosiyasi rəqabətin artmasından xəbər verir. 

Son illər Rusiya Qərbin Ermənistan üzərindən regionda möhkəmlənmək cəhdlərini Rusiyaözünə qarşı təhlükə hesab edir. Maraqlar toqquşması nəticə etibarilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləyən başlıca amilə çevrilib.

Mixail Qaluzinin sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycan arasında elə bir sülh sazişinin imzalanmasını dəstəkləyir ki, bu, uzunmüddətli, dayanıqlı nizamlanmanı təmin etsin və gələcək nəsillər üçün təhlükə yaratmasın. Qaluzin Qərbin Cənubi Qafqazdakı siyasətinin bölgədə sabitliyin təmin edilməsinə yox, Moskva üçün əlavə təhlükələrin yaradılmasına yönəldiyini vurğulayıb. 

Diplomat qeyd edib ki, Qərb dairələri bu regiondan Rusiyaya strateji zərbə vurmaq üçün istifadə etməyə çalışır və bəzi hallarda hətta müəyyən ölkələri ona qarşı ikinci cəbhə açmağa inandırmağa cəhd edir. Göründüyü kimi, Rusiya Azərbaycanla Ermənistan arasında özünün geosiyasi maraqlarına uyğun sülhün formalaşmasını istəyir. 

Yəni rəsmi Moskva sülh sazişinin Rusiyanın vasitəçiliyi və ya iştirakı ilə imzalanmasını istəyir. Söhbət danışıqlar prosesinin əvvəllər aparıldığı Moskva platformasının bərpasından gedir. 

Rusiya danışıqlarda üçüncü tərəf kimi iştirak etməyə sülh müqaviləsinin mətnində Kremlin maraqlarını əks etdirən bəndlərin daxil edilməsi vasitəsi kimi baxır. Rəsmi Moskva sülhün təminatçısı olmaq, Zəngəzur dəhlizinin təhlükəsizliyinə nəzarət etmək, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin Rusiyanın iştirakı və təqdim etdiyi xəritələr əsasında aparılmasını istəyir. 

Lakin 2022-ci ilin oktyabr ayından sonra Rusiyanın iştirakı ilə müzakirələr dayandırılması Avropa İttifaqının və ABŞ-nin diplomatik fəallığının artmasına səbəb olub. 

Ermənistan Rusiyanın iştirakı ilə danışıqlardan imtina edib və yalnız Qərb siyasi platformalarına üstünlük verib. Azərbaycan vasitəçilik institutundan imtina etsə də, müzakirələrin neytral məkan kimi Rusiyada keçirilməsinə etiraz etməyib. Artıq buna da ehtiyac qalmayıb və Azərbaycanla Ermənistan arasında birbaşa dialoq mühiti formalaşıb. 

Rəsmi Bakı və İrəvan üçüncü tərəfə ehtiyac olmadan həm onlayn diplomatik yazışmalar, həm də birbaşa danışıqlar vasitəsilə sülh gündəliyi üzərində işləyir. Ona görə də Avropa İttifaqı və ABŞ-nin də təşəbbüslərinin sülh platformaları kimi seçilməsinə zərurət yoxdur. Yəni Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə olunması daha asandır. 

Ukraynada gedən müharibə fonunda Qərb-Rusiya qarşıdurmasının Cənubi Qafqaza transferi sülh prosesinə təsir göstərir. Xüsusilə də Avropa İttifaqı, Fransa və ABŞ-nin Ermənistan üzərindən bölgədə yerləşməsi Rusiyanın narahatlığına səbəb olub. Qərb tərəfindən hərbi və siyasi dəstək göstərilən Ermənistanın avrointeqrasiya siyasəti yürütməsi Rusiyanın regionda təsirinin azaldılmasına hesablanıb. 

Azərbaycanla Ermənistan arasında sülh sazişi olmadığından şərti sərhəddə müharibə risqi qalır. Qərbin Ermənistan vasitəsilə həyata keçirdiyi Cənubi Qafqaz siyasəti sərhədlərin təhlükəsiliyi strategiyası altında realizə edilir. 

Ermənistanın son vaxtlar silahlanmaya üstünlük verməsi regionda Rusiya-Qərb toqquşması üçün yeni mübarizə meydanına çevrilə bilər. Kreml Qərbin Cənubi Qafqazdan çıxarılmasında və Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsində maraqlı görünsə də, müharibənin Rusiyaya qarşı cənubdan ikinci cəbhənin açılmasına səbəb olacağından ehtiyatlanır. Qaluzin də Qərbin Cənubi Qafqaz siyasətinin Rusiya üçün əlavə təhlükələr yaratdığını açıq şəkildə deyib. 

Moskva Qərbin Cənubi Qafqazdan ikinci cəbhə açmaq niyyətinin qarşısını almaq üçün Azərbaycan-Ermənistan sülh prosesində iştirakını bərpa etməyə səy göstərir. Qaluzinin açıqlaması ilk növbədə Rusiyanın Qərbi sülh danışıqlarından kənarlaşdırmaq planından xəbər verir. Ancaq Rusiyanın hazırda həm Ermənistanla, həm də Azərbaycanla münasibətlərində kifayət qədər ziddiyyətlər var. 

Ermənistanın Avropa İttifaqına üzvlük məsələsini parlamentin müzakirəsinə çıxartması Moskvanın kəskin narazılığına səbəb olub. Eyni zamanda, Azərbaycana məxsus mülki təyyarənin Rusiya ərazisində vurulmasından sonra Moskvanın etinasız və qanunsuz davranışları ikitərəfli münasibətlərin pozulması ilə nəticələnib. Ona görə də Qaluzinin mesajlarının Bakıda və İrəvanda ciddiyə alınacağı inandırıcı görünmür. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Fevral 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri