Moskva Ukraynanın Pautina əməliyyatının arxasında Britaniya kəşfiyyatının dayandığını açıqlayıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Təhlükəsizlik Xidmətinin "Pautina" (Hörümçək toru) əməliyyatının arxasında Britaniya kəşfiyyatı dayanıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov bildirib.
Onun sözlərinə görə, Britaniya kəşfiyyatının birbaşa nəzarəti altında Ukrayna Təhlükəsizlik Xidmətinin “Pautina” əməliyyatı Ukrayna və Rusiya nümayəndə heyətləri arasında İstanbulda danışıqlardan bir qədər əvvəl (bu il iyunun 2-də) həyata keçirilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyun ayında Ukraynanın Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlara qarşı FPV pilotsuz uçuş aparatlarından istifadə edərək terror aktı həyata keçirdiyini açıqlayıb.
Ukrayna tərəfi həmin vaxt Rusiya hərbi aviasiyasının 40-dan çox təyyarə itirdiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 16 Oktyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















