Icma.az
close
up
RU
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri “Pautina” əməliyyatının detalları barədə məlumat verib

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri “Pautina” əməliyyatının detalları barədə məlumat verib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kiyev, 2 iyun, AZƏRTAC

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın arxa cəbhəsində yerləşən dörd hərbi aerodroma eyni vaxtda üç fərqli saat qurşağında zərbə endirmək məqsədilə “Pautina” (“Hörümçək Toru”) əməliyyatını həyata keçirib.

AZƏRTAC UTX-nin “Telegram” kanalına istinadla xəbər verir ki, bu barədə qurumun rəhbəri Vasili Malyuk məlumat verib.

Onun sözlərinə görə, dron hücumları nəticəsində Rusiyanın strateji aviasiyasına məxsus 41 təyyarəyə zərər dəyib. Onların arasında A-50, Tu-95, Tu-22 M3 və Tu-160 tipli təyyarələr də var.

“Bombardmançı təyyarələrin məhv edilməsi bizə Prezident Volodimir Zelenski tərəfindən verilmiş tapşırıq idi. Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən hazırlanmış xüsusi əməliyyata özü şəxsən nəzarət edirdi. Rusiya demək olar ki, hər gecə məhz bu təyyarələrlə ərazilərimizi bombalayırdı, bu gün isə artıq əyani şəkildə hiss etdi ki, “qisas qaçılmazdır”. UTX Ukraynanı qorumaq və Rusiyanın atəşlərini dayandırmaq üçün əlindən gələni edib və etməyə davam edəcək”, – deyə o bildirib.

UTX rəhbəri hazırlıq prosesi bir ildən çox davam edən “Pautina” adlı xüsusi əməliyyatı hazırlayan işçi qrupuna rəhbərlik edib.

Əməliyyat nəticəsində UTX-yə məxsus dronlar Rusiyanın “Belaya”, “Dyaqilevo”, “Olenya” və “İvanovo” adlı dörd hərbi aerodromundakı hədəflərə eyni vaxtda zərbələr endirib. Bu əməliyyatla bir anda ən çox sayda hava texnikasını sıradan çıxarmaq mümkün olub.

“Ümumilikdə, söhbət Rusiyanın əsas aerodromlarında yerləşən qanadlı raket daşıyan strateji aviasiyanın 34 faizinin sıradan çıxarılmasından gedir. Bu, Rusiya aviasiyasına vurulmuş dağıdıcı zərbə və ciddi hücum idi”, – deyə V. Malyuk vurğulayıb.

Qeyd olunur ki, zərər görmüş Rusiya strateji aviasiyasının təxmini dəyəri 7 milyard ABŞ dollarından çoxdur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri