Icma.az
close
up
RU
“Moskva vasitəçiliyi qəbul etmir, çünki planı hazırdır” POLİTOLOQDAN AÇIQLAMA

“Moskva vasitəçiliyi qəbul etmir, çünki planı hazırdır” POLİTOLOQDAN AÇIQLAMA

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Rusiya əgər gerçəkdən sülh istəmir və öz geosiyasi maraqlarına uyğun hərəkət edirsə, bu halda heç bir vasitəçilik təşəbbüsünü qəbul etməyəcək. Bu, daha öncə ABŞ prezidenti Donald Trampın təklifinə Moskvanın sərt münasibətindən də aydın göründü. Rusiyanın hazırkı addımları onun Ukraynada müəyyən əraziləri, yəni tarixi baxımdan özünə məxsus olduğunu iddia etdiyi torpaqları hərbi və siyasi baxımdan nəzarət altına almadan sülhə razı olmayacağını göstərir".

Bu fikirləri News24.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

Onun sözlərinə görə, Moskvanın cəbhədə köhnəlmiş silah ehtiyatlarının tükəndiyini və artıq yeni silah sistemlərinin döyüş xəttinə göndərildiyini etiraf etməsi, müharibənin dinamikasında keyfiyyət dəyişikliyinin baş verdiyini göstərir:

"Buradan aydın olur ki, Qərb ölkələri – xüsusilə ABŞ və Avropa İttifaqı kollektiv şəkildə bu hərbi-siyasi qarşıdurmada iştirak edir və Moskvaya qarşı təzyiq mexanizmlərini gücləndirmək məqsədilə artıq 18-ci sanksiyalar paketinin tətbiqinə hazırlaşır.

Bununla belə, Rusiya bu artan iqtisadi və siyasi təzyiqlərə baxmayaraq, hərbi əməliyyatları yalnız özünün müəyyən etdiyi strateji məqsədlərə çatdığı zaman dayandırmağı planlaşdırır. Başlanğıcda Qərb ölkələri bu müharibənin Rusiya üçün zəiflədici amil olacağını düşünürdü. Lakin hazırda yaranan reallıqda Rusiya müəyyən mənada Qərbin özünün resurs və enerji baxımından zəiflədiyini iddia edir".

Politoloq bu kontekstdə Türkiyənin yalnız vasitəçi kimi deyil, eyni zamanda regional balansı qorumağa yönəlmiş moderasiya funksiyası icra etməsinin nəzərə çarpacağını bildirib. O qeyd edib ki, Türkiyə özü də anlayır ki, bu iki dövlət arasında birbaşa vasitəçiliyə faktiki ehtiyac yoxdur:

"Lakin Ankara moderator qismində çıxış edərək tərəflər arasında dialoqun qurulması və diplomatik kanalların açıq qalması üçün şərait yarada bilər. Buna baxmayaraq, yekun razılaşmanın əldə olunması yalnız Rusiya və Ukraynanın birbaşa razılığı ilə mümkündür".

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 İyul 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri