Icma.az
close
up
RU
Moskvada Leyla Əliyeva adından iftar verildi FOTOLAR

Moskvada Leyla Əliyeva adından iftar verildi FOTOLAR

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Moskvada Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşkilatçılığı ilə təntənəli iftar verilib.
Demokrat.az APA-ya istinadən xəbər verir ki, “Ramazan ayı-2025” çərçivəsində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Moskvada təntənəli iftar təşkil edib.
İftarda Rusiya ictimaiyyətinin, diplomatik korpusun, elm və mədəniyyət dairələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri açan Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan iftar süfrəsinə vaxt ayırdıqlarına görə qonaqlara təşəkkür edib.
“Hesab edirəm ki, bu axşam birlik, qardaşlıq və xoş əhval-ruhiyyədə keçməlidir. Ramazan ayı təkcə yeməkdən, sudan uzaq olmaq deyil, qəlbi təmizləməyə, ruhu açmağa, xeyirxah əhval-ruhiyyəyə köklənməyə çağırışdır”, - deyə T.Əhmədova bildirib.
Azərbaycanda tolerantlıq və dinlərarası harmoniyaya toxunan Tamilla Əhmədova Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionun siyasi və iqtisadi lideri olmaqla yanaşı, həm də mədəniyyətlərarası və dinlərarası dialoqun mühüm mərkəzinə çevrildiyini vurğulayıb.
Həmçinin qeyd olunub ki, Heydər Əliyev Fondu aztəminatlılara, kimsəsizlərə, ehtiyacı olanlara dəstək istiqamətində genişmiqyaslı işlər həyata keçirir və bütün bunlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə fondun fəaliyyətinin kiçik bir hissəsidir.
Tədbiri Fondun nümayəndəliyinin direktor müavini Nazim İsmayılzadə davam etdirib. O, Ramazan ayının mənəvi əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu ay insanları paklanmağa, mərhəmətli və xeyirxah olmağa, bir-birinə dəstək olmağa çağırır: “İftar süfrələrinin keçirilməsi müxtəlif peşə, baxış və nəsilləri birləşdirən gözəl ənənəyə çevrilib. Belə axşamlarda Azərbaycanın zəngin mədəniyyəti nümayiş etdirilir, milli mətbəximizin nümunələri iftar süfrəsinə düzülür. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tədbirə gələn və bu iftar axşamını bizimlə paylaşan hər bir qonağı görməyə çox şaddır”.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi İsmayıl Əsədov iki ölkə arasında əlaqələrinin möhkəmlənməsində Heydər Əliyev Fondunun, eləcə də onun Rusiyadakı nümayəndəliyinin mühüm rolunu qeyd edib. Vurğulayıb ki, fond təhsil və maarifləndirmə sahəsində bir çox layihələr həyata keçirir, Azərbaycan mədəniyyətinin populyarlaşmasına yardım edir: “Heydər Əliyev Fondu tərəfindən Moskvada iftar verilməsi artıq ənənəvi tədbirə çevrilib. Müqəddəs Ramazan ayında insanlar bir-birinə yaxşılıq edir, xeyirxah əməllərlə məşğul olurlar. Bu işə görə Fonda təşəkkür etmək istəyirəm. Biz Azərbaycan Respublikasının Səfirliyi olaraq bundan sonra da onlara dəstəyimizi davam etdirəcəyik”.
Tədbirdə Azərbaycanın sayəsində Qarabağa qovuşduğu şəhidlərin xatirəsi ehtiramla yad edilib. Ortaq gələcək naminə sülh, xeyirxahlıq, duaların yerinə yetməsi üçün xoş arzular ifadə olunub.
Moskvada müsəlman dini məktəbinin direktoru Ənəs Həzrət Məmmədov iftar süfrəsi təşkil etdiyinə görə Heydər Əliyev Fonduna təşəkkür edib: “İndi biz Ramazan ayının son günlərini, Qədr gecəsini qeyd edirik, ona görə də çox gözəldir ki, Rusiyanın paytaxtı Moskvada bu qədər azərbaycanlı toplaşıb, bütün müsəlmanlara gözəl örnək göstəriblər. Heydər Əliyev Fondu artıq bir neçə ildir ki, bu mühüm tədbiri keçirir, insanları bu yolla Azərbaycan mədəniyyətini öyrənməyə dəvət edir.Bizim üçün böyük fəxrdir ki, Heydər Əliyev Fondu Moskvada bu işi neçə illərdir ki, görür”.
Daha sonra azan oxunub, Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub. Gecədə “Buta” triosunun ifasında Azərbaycan muğamı və musiqisindən parçalar səslənib, müsəlman məktəbinin şagirdləri “Ana” tamaşasını nümayiş etdiriblər.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Mart 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri