Moskvada Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan beynəlxalq elmipraktik konfrans keçiriləcək AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Moskva, 18 dekabr, AZƏRTAC
Dekabrın 24-də Moskva Dövlət Linqvistika Universitetində (MDLU) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir MDLU və “Moskva Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” təşkilatı tərəfindən təşkil olunacaq.
Tədbir çərçivəsində iştirakçılar tematik sərgi ilə tanış olacaq, dahi şairin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş etdiriləcək.
Konfransda “Məhəmməd Füzuli və onun Azərbaycan poeziyasında qəzəl janrının inkişafında rolu”, “Məhəmməd Füzulinin rus dilinə tərcümələrinin tarixi”, Məhəmməd Füzulinin “Mətlə ül-etiqad”: tarixi-fəlsəfi təhlil” və digər mövzularda məruzələr dinləniləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 18 Dekabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















