Icma.az
close
up
RU
Moskvada miqrantlar yenə alçaldılıb Sənədləri qaydasında olsa da...

Moskvada miqrantlar yenə alçaldılıb Sənədləri qaydasında olsa da...

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Ötən gün Rusiyanın Moskva şəhərində miqrantlar yenidən alçaldılıb və təhqir olunub.

"AzPolitika" xəbər verir ki, hadisə paytaxtdakı tikinti sahələrindən birində baş verib.

Bilidirlir ki, tikinti meydançasında özbəklərdən əlavə, qırğızlar və taciklər də olub. Onların bütün sənədləri qaydasında olsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları buna məhəl qoymayıb və miqrantları alçaldaraq, çöməlməyə, daha sinra uzun müddət dik dayanmağa vadar ediblər.

Bu barədə danışan özbək işçi deyib ki, polislər əvvəlcə bütün miqrant işçiləri bir yerə toplayıblar və sənədləri yoxlamağa başlayıblar. Lakin işçilərin hamısının sənədləri qaydasında olsa da, onlara qarşı qanunsuz hərəkətlər davam edib. “Biz onların Rusiya Federal Miqrasiya Xidmətinin əməkdaşları olduğunu güman edirik”, - miqrant işçi deyib.

O əlavə edib ki, hadisə gündüz saat 10:00 ilə 17:00 arasında, işçilər adi işləri ilə məşğul olduqları zaman baş verib. İşçilər məruz qaldıqları davranışdan narazıdırlar. Amma onları qoruyan orqan yoxdur. “Bu, Rusiyanın bizi ələ salmasından başqa bir şey deyil, biz günahkar deyildik”, - fəhlə etirazını ifadə edib.

Xatırladaq ki, ötən il dəfələrlə Rusiya hüquq-mühafizə orqanları Moskva və Sankt-Peterburqda reydlər keçirib və miqrantlarla kobud davranıblar. Onlar təhqir olunub və onlara qarşı güc tətbiq edilib.

Bundan sonra Özbəkistan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cavab olaraq bildirib ki, Moskva Daşkəndin notasındakı məlumatları diqqətlə nəzərdən keçirir və özbək tərəfdaşlarından müvafiq sorğu səlahiyyətli orqanlara göndəriləcək.(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 İyul 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri