Moskvada teatrda işləyən ər arvad bir birini öldürdü
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Rusiyanın Moskva vilayətində “FEST” teatrının aktyoru Vladislav Benqraf və həyat yoldaşı ailə mübahisəsi zamanı bir-birlərini bıçaqlayaraq öldürüblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Mıtişi şəhərində, cütlüyün yaşadığı mənzildə qeydə alınıb.
Mübahisə qısa zamanda bıçaqlı davaya çevrilib. 28 yaşlı aktyor 23 yaşlı həyat yoldaşına boyun və sinə nahiyəsindən bir neçə dəfə xəsarət yetirib, qadın isə cavab olaraq ona ölümcül zərbə vurub. Xilasedicilər mənzilin qapısını açanda, həkimlər artıq onlara kömək edə bilməyiblər. Hər iki şəxs hadisə yerində həyatını itirib.
İstintaq orqanı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açıb və mənzildə araşdırma aparıb. Məlumata görə, ər-arvad hər ikisi “FEST” teatrında çalışıb: Vladislav aktyor, həyat yoldaşı isə qrim sexinin rəhbəri olub.
İlkin ehtimallara əsasən, mübahisənin səbəbi qadının boşanmaq istəyi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 16 May 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















