Icma.az
close
up
RU
Moskvadakı miqrantlar proqram vasitəsilə qeydiyyata alınacaq...

Moskvadakı miqrantlar proqram vasitəsilə qeydiyyata alınacaq...

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məqsəd miqrantların yerləşdiyi yeri də izləyəcək mobil proqram vasitəsilə qeydiyyata alınması üçün yeni sistemi sınaqdan keçirməkdir...

...Federasiya Şurası 2025-ci ildən 2029-cu ilə qədər Moskva və Moskva vilayətində pilot layihənin həyata keçirilməsinə dair qanunu təsdiqləyib. Məqsəd miqrantların yerləşdiyi yeri də izləyəcək mobil proqram vasitəsilə qeydiyyata alınması üçün yeni sistemi sınaqdan keçirməkdir.

SİA-nın məlumatına görə, qanuna əsasən, Rusiyada əcnəbi vətəndaşların qeydiyyatının təkmilləşdirilməsi üzrə eksperiment 2025-ci il sentyabrın 1-də başlayacaq və 2029-cu il sentyabrın 1-də başa çatacaq.

Eksperimentə Rusiyada işləmək üçün həm patentli, həm də patentsiz vizasız rejimə malik ölkələrdən olan əmək miqrantları cəlb olunacaq.

Həmçinin Rusiyaya səfər məqsədini dəyişən və 90 gündən artıq pilot rayonlarda olan, işləmək üçün gəlməyən miqrantlar da reyestrə daxil ediləcəklər.

İstisnalar diplomatlar, konsullar, onların ailə üzvləri, Belarus vətəndaşları və diplomatik pasport sahibləri üçün edilir. Eksperiment miqrantlar və onların hərəkəti haqqında məlumatların toplanması və təhlilinin yeni üsullarının sınaqdan keçirilməsi, əlavə qeydiyyat mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi, miqrasiya qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması məqsədi daşıyır.

Layihə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi tərəfindən əlaqələndiriləcək, Moskva və Moskva vilayətinin icra hakimiyyətləri kömək edəcəklər.

Eksperimentin iştirakçıları miqrasiya xidmətlərinə müraciət edərkən mobil proqramda qeydiyyatdan keçməli, məlumatların emalına razılıq verməli və yerləşdikləri yer haqqında məlumat göndərməli olacaqlar.

Hər hansı bir yer dəyişikliyi üç gün ərzində tətbiq vasitəsilə bildirilməlidir.

Qeydiyyatın ləğvi üçün əsas üç iş günündən artıq müddətdə miqrantın cihazının geolokasiyasına dair məlumatların olmaması olacaq.

Bu halda qalma üçün qanuni əsaslar olmadıqda, onun haqqında məlumatlar nəzarət edilən şəxslərin reyestrinə daxil edilir.

Qanun bir regionda patent almış əmək miqrantlarının digər bölgədə işləməsi, regionlar arasında müvafiq razılaşma olduqda isə işəgötürənlərin belə mütəxəssisləri işə götürməsi imkanı yaradır.

Moskvanın, Moskva vilayətinin, Sankt-Peterburqun və Leninqrad vilayətinin yüksək vəzifəli şəxsləri belə müqavilələr bağlaya biləcəklər.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 May 2025 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri