Moskvadan Cənubi Koreyaya kritik xəbərdarlıq KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
“Koreya Respublikası öz ərazisində Amerikanın “Typhon” raket sistemini yerləşdirərsə, Rusiya müvafiq cavab verəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a verdiyi müsahibədə bildirib.
O bildirib ki, hadisələr bu şəkildə inkişaf edərsə, bu, Rusiyanın təhlükəsizliyinə təhdid kimi qəbul ediləcək və müvafiq cavabı tələb edəcək.
Rudenko qeyd edib ki, hazırda Rusiya Xarici İşlər Nazirliyinin Koreya Respublikasının belə bir addım atmaq niyyəti barədə heç bir məlumatı yoxdur.
Qeyd edilir ki, Amerikanın “Typhon” raket sistemləri təxminən 2000 km mənzilli SM-6 çoxməqsədli raketləri və “Tomahawk” qanadlı raketlərini atmaq üçün istifadə edilə bilər.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 19 İyul 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















