Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“MOSKVANIN BAKIYA TƏZYİQİ ARTIQ MƏNASIZDIR” “Kreml bunu gecikdirsə, Azərbaycanın cavabı daha da sərt olacaq”

“MOSKVANIN BAKIYA TƏZYİQİ ARTIQ MƏNASIZDIR” “Kreml bunu gecikdirsə, Azərbaycanın cavabı daha da sərt olacaq”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Məlum olduğu kimi, Qazaxıstan Nəqliyyat Nazirliyi dekabrın 25-də Bakıdan Qroznıya uçan və Qroznı səmasında Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulan Embraer 190 sərnişin təyyarəsi ilə bağlı ilkin hesabatı yayıb. Hesabatda bir daha təyyarəmizin Rusiya HHM sistemilə vurulduğu rəsmən təsdiqini tapıb.

Lakin Kreml yenə həyasızcasına açıq faktları qəbul etmək, günahını etiraf edib rəsmən üzr istəmək, günahkarları cəzalandırmaq və kompensasiya ödəmək əvəzinə Azərbaycana qarşı təbliğat kampaniyasını daha da gücləndirməklə məşğuldur. Vladimir Putinin sözçüsü Dmitri Peskov isə məlum rəsmi rəyin yayımlanmasından sonra və hər şeyin “gün kimi” aydın olduğu halda deyib ki, Kreml hələ bu məsələni şərh etmək istəmir…

“AzPolitika” xəbər verir ki, Kremlin aqressiv inadkarlığı və Azərbaycana qarşı davam etdirdiyi çirkin təbliğat kampaniyasını ABŞ-də yaşayan tanınmış politoloq Ramiz Yunus öz sosial şəbəkə səhifəsində şərh edib.

R.Yunus Kremlin bu davranışının iki ölkə arasında münasibətləri daha da gərginləşdirə biləcəyini qeyd edib: “Qazaxıstan “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin hesabatı dərc etdikdən sonra biz görürük ki, hakimiyyətyönlü Rusiya KİV-ləri, sanki verilən komanda ilə dərhal Azərbaycana qarşı genişmiqyaslı yalan və açıq dezinformasiya kampaniyasına başladılar. Bu ondan xəbər verir ki, Kreml hələ də vaxt udmağa, məsuliyyətdən yayınmağa kobud cəhdlər göstərir və bununla da “soyuq informasiya müharibəsi”ni davam etdirir. Rəsmi Moskvanın bu cür davranışı Azərbaycanla Rusiya arasında dövlətlərarası münasibətləri daha da mürəkkəbləşdirəcək, hansı ki bu münasibətlər hazırda bir çox vacib istiqamətlər üzrə “pauzaya” qoyulub. Ancaq Kreml rəsmi üzr istəməyi, öz günahının etirafını, bütün günahkarların cəzalandırılmasını və təzminatın ödənilməsini nə qədər gecikdirsə, Azərbaycanın təzyiqləri bir o qədər sərt olacaq.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzə başlamasından sonra Kremlin düşdüyü geosiyasi vəziyyətdə bu gün Cənubi Qafqazın şərtsiz lideri olan Azərbaycanla qarşıdurmaya getməsi Moskvanın siyasi uzaqgörənliyinin olmamasından başqa bir şey deyil. Azərbaycan və onun cəmiyyəti gözəl tarixi yaddaşa malikdir və Moskvanın həm Rusiya İmperiyası, həm də Sovet İttifaqı dövründə oynadığı neqativ rolu, o cümlədən Qorbaçovun dövründə 1990-cı ilin qanlı Yanvarını, 1992-ci ilin fevralında Xocalı soyqırımını, Yeltsin dövründə Birinci Qarabağ müharibəsində Ermənistana dəstəyini və Rusiyanın müasir imperiya siyasətinin Azərbaycana qarşı törətdiyi çoxsaylı cinayətləri heç vaxt unutmayacaq. Artıq başa düşməyin vaxtıdır ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbədən sonra bütün Cənubi Qafqaz regionunun status-kvosunu tamamilə dəyişib, qardaş Türkiyə simasında güclü hərbi-siyasi müttəfiqə, Pakistan və İsrail timsalında strateji tərəfdaşlara malikdir. Buna görə də bu gün Azərbaycana Rusiyanın Sovet İttifaqı dağılandan 2020-ci ilə qədər etdiyi kimi təzyiq göstərməsi mənasızdır. Kremldəki siyasətçilər bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır. Böyük Çin filosofu və mütəfəkkiri Konfutsi demişkən: “Səhv edib, onu düzəltməyən adam daha bir səhv etmiş olur”.

C.Məmmədov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Fevral 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri