Icma.az
close
up
RU
Kreml Azərbaycanın sərt təpkisindən düzgün nəticə çıxarmalıdır

Kreml Azərbaycanın sərt təpkisindən düzgün nəticə çıxarmalıdır

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Ola bilsin ki, Rusiya rəhbərliyi özünün ənənəvi imperiya siyasətinə siyasətinə arxalanaraq Azərbaycandan Yekaterinburqdakı hüquqi xaosa və vəhşiliklərə sərt təpki verilməyəcəyini düşünürdü. Lakin rəsmi Bakı Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı şovinist, diskriminasiya və islamofob siyasətinə dərhal reaksiya verdi. Rusiyanın rəsmi dövlət qurumları tərəfindən sanksiyalaşdırılan və barbarcasına həyata keçirilən bu basqın əməliyyatının nəticəsində bir neçə soydaşımızın işgəncə verilərək qətlə yetirilməsi, bir çox insanların xəsarət alması və saxlanılması sözsüz ki, məqsədli şəkildə edilib. Rusiyada digər xalqlara, o cümlədən bizim soydaşlarımıza qarşı şovinist əhvali-ruhiyyənin, diskriminasiyanın hökm sürməsi artıq ənənəvi hal alıb, rəsmi dövlət siyasətinə çevrilib.
Azərbaycan xalqı Rusiyanın 20 Yanvar faciəsinin, Xocalı soyqırımının törədilməsində iştirakını, habelə torpaqlarımızın işğalı və 30 ilə yaxın işğal altında saxlanmasının arxasında dayandığını da unutmayıb. Bu gün Ukraynada insanlıq əleyhinə cinayətlər törətməyə davam edən Putin rejiminin daxildə də qeyri-rus xalqlara qarşı get-gedə qəddarlığını daha da artırması, eləcə də Rusiya mediasının açıq anti-Azərbaycan və islamofob ritorikaya köklənməsi, rusiyalı ekspertlərin və rəsmi şəxslərin mütəmadi olaraq Azərbaycan əleyhinə qərəzli və əsassız fikirlər səsləndirməsi kimi hallar Kreml tərəfindən sistemli və məqsədli şəkildə aparılan anti-Azərbaycan siyasətinin tərkib hissəsidir. Yekaterinburqda baş verən tükürpərdici olaylar da Rusiyanın anti-Azərbaycan siyasətinin əyani göstəricisidir.
Bu baxımdan, Azərbaycan dövlətinin və ictimaiyyətinin Rusiyanın güc strukturlarının son vəhşiliklərinə qarşı səssiz qalmaması, sərt təpki göstərməsi tamamilə adekvat reaksiyadır. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı etnik zəmində nümayişkaranə, məqsədli və mühakiməsiz şəkildə qətl və zorakılıq əməllərinin həyata keçirilməsini və son dövrdə bu kimi halların mütəmadi xarakter daşımasını nəzərə alaraq, Azərbaycan və Rusiya parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməkdən imtina edib.
Həmçinin, Yekaterinburq şəhərində baş verən hadisələrə görə Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir. Eləcə də Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə nəzərdə tutulan səfərinin rəsmi Bakı tərəfindən ləğv olunması da tamamilə doğru qərardır. Çünki Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxslərin Bakıya səfər etməsində heç bir lüzum görmür.
Rusiyanın hüquq mühafizə orqanlarının "ixtira" etdiyi "etnocinayətkarlıq" anlayışından çıxış edərək, bu ölkədə yaşayan digər xalqların nümayəndələrini, o cümlədən azərbaycanlıları artıq potensial cinayətkar kimi təqdim etməsi və fundamental insan hüquqlarının hamısını kobud surətdə pozaraq dinc azərbaycanlılara qarşı "səlib yürüşü" elan etməsi qonşuluq və müttəfiqlik anlayışları ilə qətiyyən bir araya sığmır. Özünü bizə "dost" və "strateji müttəfiq" kimi təqdim edən Rusiya tərəfinin azərbaycanlılara münasibətdə zorakı yanaşmaları qəbuledilməzdir. "FSB" və "OMON" deyilən qurumlar özlərini hüquq mühafizə orqanları kimi yox, quldur dəstələri kimi aparırlar.
Görünən budur ki, Kreml adıçəkilən qurumların əliylə həm azərbaycanlılara, həm də bir sıra digər postsovet ölkələrindən olan əməkçi miqrantlara qarşı total zorakılıqlar törətməklə çoxdan planlaşdırdığı etnotəmizləmə siyasəti üçün zəmin yaradır. Bu, həm də ondan qaynaqlanır ki, Rusiya tərəfi Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbəsini, 30 il işğal altında olan torpaqlarını azad etməsini, son dövrlər dünya dövlətləri arasında xüsusi hörmət qazanmasını və söz sahibinə çevrilməsini heç cürə həzm edə bilmir.
Kreml, həmçinin Ermənistan və Azərbaycan arasında sülh danışıqlarından kənarda qalmasıyla da barışmaq istəmir. Bir sözlə, Putin Rusiyası Azərbaycanın müstəqil xarici siyasət yürütməsinə və Cənubi Qafqazda aparıcı aktora çevrilməsinə istənilən yolla mane olmağa çalışır. Özünü keçmiş SSRİ imperiyasının varisi elan etmiş Rusiyada bu gün şovinizm və islamofobiyaya əsaslanan anti-Azərbaycan siyasətinin ən yüksək həddə çatması da elə bununla bağlıdır.
Ancaq rəsmi Bakının Kremlin "xeyir-dua"sı ilə baş verən bütün bu qeyri-insani, şovinist və ksenofob davranışlara əsla göz yummaq fikri yoxdur. Dövlətimiz öz vətəndaşlarının yanındadır. Azərbaycan dövləti milli mənafelərimizi qorumağı və soydaşlarımıza sahib çıxmağı bacarır. Azərbaycan XİN-i və digər əlaqədar rəsmi strukturlarımız da Yekaterinburqda yerli hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı həyata keçirdiyi vəhşi basqın əməliyyatına və həmyerlilərimizin qəddarlıqla qətlə yetirilməsinə diplomatik səviyyədə sərt və prinsipial mövqe nümayiş etdirir. Kreml Azərbaycanın sərt təpkisindən düzgün nəticə çıxarmalıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 İyun 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri